Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1/2025 06.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, xx.xx.1979-cu ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonunun 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-311/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4000 manat borc pul və ödənilmiş 60 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 3(020)-202/2023 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-311/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4000 manat borc pul və ödənilmiş 60 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməlidir. İşdə olan Beyləqan rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 3(020)-202/2023 saylı qərardan görünür ki, Şəxs azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həb edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Beyləqan rayon məhkəməsinin 3(020)- 202/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gətirilməsi barədə qərardad qəbul edilmiş və Şəxs məhkəməyə gətirilənə qədər inzibati işin icraatı dayandırılmışdır. İş əlavə edilmiş 01 fevrl və 06 iyun2024-cü il tarixli məktublarla inzibati xəta törədən şəxs Şəxs məhkəməyə gətirilməsi barədə Beyləqan rayon polis şöbəsinə təkrar məktublarla müraciət olunmasına baxmayaraq Beyləqan rayon polis şöbəsi tərəfindən inzibati xəta törədən şəxs Şəxs məhkəməyə gətirilməsi təmin edilməmişdir. İnzibati Xətala Məcəlləsinin 53.1.6.-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən Şəxs barəsində inzibati materialın məhkəməyə daxil olmasından iki ildən artıq müddət keçdiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5, 53.0.6, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta barədə iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver