Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-10/2024 12.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, İ Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Beyləqan rayon Mərkəzi Xəstəxanasının Məhkəmə -tibbi ekspertiza və Paloloji anatomiya birliyinin meyitxanasında meyitin müayinə edilməsi zamanı xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, İ Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində yaxın qohumu olan X1 meyitini müayinə olunması üçün Beyləqan rayon Mərkəzi Xəstəxanası Məhkəmə-tibbi ekspertiza və Paloloji anatomiya birliyinin meyitxanasında aparılmışdır.Meyit müayinə olunan zaman orada natəmizlik görüb etiraz bildirmiş, bir qədər ucadan danışmışdır.Polis əməkdaşları bu barədə ona iradını bildirmişlər.O da ucadan danışmağını oradakı natəmizliklə bağlı olduğunu polis əməkdaşlarına demişdir.Bundan sonra onu rayon polis şöbəsinə gətirərək izahatı alınmış və barəsində protokol tərtib etmişlər.O, polis əməkdaşlarına müqavimət göstərməmişdir.Lakin ucadan danışdığına görə özünü günahkar bilir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Beyləqan rayon Mərkəzi Xəstəxanasında xidmətdə olarkən xəstəxanaya meyit gətirmişlər.Meyitin həkim tərəfindən müayinə aparılması məqsədi ilə meyidxanada olarkən Şəxs etiraz bildirmiş, ucadan səs-küy salaraq həkimlərə maneçilik törətmiş və polisin xidməti fəaliyyətinə dəfələrlə maneçilik törətmişdir.Onu nizam intizama dəvət etsələrdə onların qanuni tələblərinə qəstən tabe olmamiş, öz hərəkətlərini davam etdirmişdir.Ona görə də, Şəxs Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri X3 məhkəmə iclasında izahat verərək Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri X6 ilə eyni məzmunda izahat verərək Ü.Quliyevin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdir. İş materiallarına əlavə olunmuş Beyləqan rayon polis şöbəsinin rəisinin adına yazılmış raportdan görünür ki, 12 yanvar 2024-cü il tarixdə saat 11:30 radələrində Beyləqan rayon Mərkəzi Xəstəxanasında Məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyinin meyitxanasında X2 meyiti müayinə edilərkən Şəxs xidməti vəziflərini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 yanvar 2024-cü il tarixdə saat 11:30 radələrində Beyləqan rayon Mərkəzi Xəstəxanasında Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin meyitxanasında X2 meyiti müayinə edilərkən xidməti vəziflərini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması Şəxs qismən etirafı ilə yanaşı iş materialları və şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasına uyğun olaraq aşağı həddə həbs növündə inzibati tənbehin tətbiq edilməsini, məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən, saat 14:55-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-10/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-10/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver