Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1004/2023 30.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, Beyləqan rayonu Örənqala qəsəbəsində özünə məxsus bir ədəd tək lüləli 16 kalibirli, P 31678 nömrəli sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Örənqala qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə özünə məxsus mal-qaranı çöl torpaq sahəsində otarmağa aparan zaman özünə məxsus bir ədəd tək lüləli ov tüfəngini mal-qaranı yırtıcı heyvanlardan qorumaq üçün özü ilə götürmüşdür. Kənd mərkəzindən keçən zaman kənddə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq üzərində olan ov tüfənginin muvafiq sənədlərini istəmişdir. O, həmin ov tüfənginin ona atasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını polis əməkdaşına bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Vüqar hünbətovun Beyləqan rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Beyləqan rayon PŞ-nin sahə polis nəfəri polis serjantı Xaliq Mustafayevlə birlikdə rayonun Örənqala qəsəbəsində xidmətdə olduqları zaman həmin ərazidə otlaq sahəsinə gedən yolda bir nəfər şəxsin üzərində mülki ov tüfəngi olduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşaraq üzərində olan ov tüfənginin müvafiq şəhadətnaməsinin olub-olmadığını soruşmuşlar. Həmin şəxs isə cavabında mülki ov tüfənginin atasından yadigar qaldığını və ona görə də tüfəngin heç bir sənədlərinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd tək lüləli 16 kalibirli, P 31678 nömrəli ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişdir. Rayon polis şöbəsində həmin şəxsin Beyləqan rayonu, Örənqala qəsəbə sakini Şəxs olduğu məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd tək lüləli 16 kalibirli, P 31678 nömrəli, sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1004/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1004/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver