Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1015/2023 04.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs Zərəçəkmiş şəxs-X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonu Aşağı Çəmənli kəndində anadan olmuş, ailəli, işsiz, orta təhsilli, deməsinə görə məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Beyləqan rayon məhkəməsinin inzibati binasında yerləşən məhkəmə iclas zalında məhkəmə iclası qurtardıqdan sonra vəkil X3 qarşı nəlayiq söyüşlər söyərək təhqir etməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta əməlini törətmiş şəxs Şəxs əməlini qismən etiraf etdi və izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsində həyat yoldaşıyla aralarında olan məhkəmə mübahisəsi zamanı həyat yoldaşının vəkili X4 olmuşdur. Məhkəmə iclasında onun iddiası təmin olunmuş iclas başa çatmışdır. Çölə çıxmaq istəyərkən Fəxri ona qarşı nəlayiq sözlər işlətdiyinə görə Fəxri Rüstəmovla aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı əsəbi vəziyyətdə olduğundan Fəxri Rüstəmovun ünvanına nəlayiq ifadələr işlətmişdir. Mübahisə zamanı özündə olmamış və özündən aslı olmayaraq F.Rüstəmovun ünvanına nəlayiq ifadələr işlətmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs həyat yoldaşının vəkili və nümayəndəsidir. Həmin mülki iş Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin icraatında olmuşdur. Məhkəmə iclasından bir neçə gün öncə Şəxs əmisi mobil telefon vasitəsi ilə ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və onu Beyləqan rayonun mərkəzinə çağıraraq onunla görüşmüş və ona fotoşəkillər təqdim edərək hüququların müdafiə etdiyi şəxsin işinə vəkil kimi çıxmamağını ona bildirmiş və onu hədələmişdir. O, həmin şəxsə onun işinə qarışmamasını bildirmiş və oradan çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclas zalında hakim Seyfəli Seyfullayev tərəfindən mülki işə baxılıb yekun qərar qəbul edilmiş və məhkəmə iclası yekunlaşmışdır. Şəxs məhkəmə iclas zalından çıxmış, sonra geri qayıdaraq onun ünvanına nəlayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. Həmin vaxt orada kənar şəxslər olmuş, Şəxs məhkəmə iclas zalında onu söyub təhqir etməsinin şahidi olmuşlar. Ona görə də Şəxs ciddi çəza verilməsinin xahiş etdi. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Beyləqan rayon məhkəməsinin inzibati binasında yerləşən məhkəmə iclas zalında vəkil X3 qarşı nəlayiq söyüşlər söyərək təhqir etməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. İşə əlavə edilmiş beyləqan rayon İHB-nin Aşağı Çəmənli kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 355 saylı arayışından görünür ki, Orucov X2 rayonu Aşağı Çəmənli kəndində atasına məxsus fərdi yaşayış evində valideyinləri və uşaqları ilə birlikdə yaşayır. Beləliklə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Beyləqan rayon məhkəməsinin inzibati binasında yerləşən məhkəmə iclas zalında məhkəmə iclası qurtardıqdan sonra vəkil X3 qarşı nəlayiq söyüşlər söyərək təhqir etməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsi qanuna uyğun və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1015/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1015/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver