Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1016/2023 04.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, işsiz, ailəli, deməsinə görə məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Beyləqan şəhəri Koroğlu küçəsində olarkən narkotik vasitə (marixuana) istifadə etməsi müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlini etiraf etdi və izahatında göstərdi ki, Bugün yəni xx.xx.2023-cü il tarixdə yaşadığı ünvandan piyada çıxaraq rayon mərkəzinə gedərkən Beyləqan şəhəri, Koroğlu küçəsində 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra onlar ona onlarla birlikdə polis şöbəsinə getməsini bildirmişlər. O, əvvəl tərəddüd etsə də sonra polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları ona narkotik vasitə qəbul edib-etmədiyini soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitələrin ancaq qurudulmuş marixuana növünü istifadə edir. Sonra polis əməkdaşları Beyləqan rayon Mərkəzi xəstəxanasının həkim narkoloqu, X2 rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis məkdaşlarının və həkim narkoloqun iştirakı ilə onun sidik nümunəsindən götürülmüş nümunə ilə “EXCEL” markalı, “THC-22100509” nömrəli narko test ilə onu test etmişlər. Testin nəticəsindən sonra məlum oldu ki, onun sidik nümunəsindən götürülmüş nümunədə narkotik vasitə hesab olunan qurudulmuş marixuananın qalıqları vardır. Sonra həmin istifadə olunmuş qeyd etdiyi test qablaşdırılmış və imzalarla imzalanmışdır. Qurudulmuş marixuananı Laçın rayonunda işləyərkən əldə etmişdir. Mədə xəstəsi olduğuna görə ara-sıra narkotik vasitə marixuana qəbul edir. Əməlindən peşmandır, bir daha belə hərəktələrə yol verməyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X4 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Beyləqan rayonu, Koroğlu küçəsində rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı X7 və rayon polis şöbəsinin Təminat Hissəsinin kiçik inspektoru, polis baş serjantı X3 ilə xidmətdə olarkən, bir nəfər şəxsin özünü şühbəli apardığından ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək sənədlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs üzərində şəxsiyyətini təstiq edən sənədin olmadığını və lakin adının Asəf olduğunu bildirmişdir. Sonra onlar həmin şəxsin danışığında olan rabitəsizlik və hədsiz həyacanlı olduğunu görüb onunla söhbət etməyə başladıqda həmin şəxs narkotik vasitə hesab olunan qurudulmuş marixuana istifadə etdiyini bildirmişdir. Bundan sonra onlar həmin şəxsi rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında yaşayan Şəxs İqar oğludur. Bundan sonra Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu X1 iştirakı ilə rayon polis şöbəsində “EXCEL” markalı, “THC22100509” nömrəli narkotest vasitəsi ilə Şəxs İqar oğlunu test etmişlər və Şəxs götürülmüş sidik nümunəsindən bəlli olmuşdur ki, Şəxs narkotik maddə hesab olunan qurudulmuş marixuana istifadəçisidir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Beyləqan şəhəri Koroğlu küçəsində olarkən narkotik vasitə (marixuana) istifadə etməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 04 dekabr 2023-cü il tarixli 763 saylı protokoldan görünür ki, Şəxs götürülmüş sidik nümunəsindən bəlli olmuşdur ki, Şəxs narkotik maddə hesab olunan qurudulmuş marixuana qəbul etmişdir. Beləliklə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Allahqulu Quliyevə xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən, saat 17:22-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1016/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1016/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver