Məhkəmə qərarları › İş №3(020)-1022/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1022/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1022/2023 05.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Beyləqan şəhəri, H.Hacıyev küçəsi ev 126-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində bacısı X7 ilə aralarında yaranmış münaqişə zamanı Səidə Cəbrayılovanı yaşadıqları evdə döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. X7, anası Süleymanova Ziba və öz ailəsi ilə birlikdə mərhum atası Cəbrayılov Rəsulun evində yaşayırlar. Lakin onlar həmin evi iki yerə bölərək bir hissəsində anası Süleymanova Ziba ilə X10 digər hissəsində isə arvadı Cəbrayılova Nigarla o, yaşayırlar. Lakin X10 səbəbsiz yerə onunla və arvadı Cəbrayılova Nigarla mübahisə edərək münaqişə yaradır. X10 ilə aralarında əvvələr dəfələrlə mübasiləri baş vermiş və bununla bağlı Beyləqan rayon Polis şöbəsində araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində arvadı Cəbrayılova Nigar ona zəng edərək X10 tərəfindən təhqir olunduğunu bildirmişdir. O, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində işdən evə gələn zaman X10nin evin dəhlizində iş gördüyünü görmüşdür. O, bacısı X2 nə səbəbə arvadı Cəbrayılova Nigarı təhqir etdiyini soruşmuş, bacısı Səidə Cəbrayılova isə cavabında yaxşı etdiyini bildirmiş və bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Həmin mübahisə zamanı o, əsəbləşdiyindən bacısı X1 və boyun nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. Onların səsinə anası Z.süleymanova çıxaraq onları aralamışdır. Bundan sonra onlar arasındakı münaqişə başa çatmışdır. Həmin hadisə yaşadıqları evin dəhlizində baş vermiş, 2-3 dəqiqə davam etmiş və yanlarında yalnız anası X8 olmuşdur. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Şəxs onun qardaşıdır. O, anası və qardaşı ilə birlikdə mərhum atası Cəbrayılov Rəsulun evində yaşayırlar. Lakin onlar həmin evi iki yerə bölərək bir hissəsində o və anası Süleymanova Ziba, digər hissəsində isə qardaşı Şəxs arvadı Cəbrayılova Nigarla birlikdə yaşayırlar. O, qardaşı Şəxslə normal münasibətdə deyil aralarında şəxsi münasibət zəmnində tez-tez mübahisə baş verir. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində o, nöbəti günə yemək bişirmək üçün yaşadığı evin dəhlizində ət çəkən maşınla ət çəkən zaman qardaşı Şəxs heç bir səbəb olmadan onun bişirəcəyi yeməyə təhqir edici ifadələr işlətmişdir. Bundan sonra aralarında sözlə mübahisə baş vermiş və həmin mübahisə zamanı Şəxs onun kürəyinə və boynunun arxa tərəfinə bir neçə yumruq vuraraq onu döymüşdür. Həmin vaxt orada yalnız anası Süleymanova Ziba olmuş və anası onları aralamışdır. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməsi barədə müraciət etmişdir. Həmin hadisə yaşadıqları evdə baş vermiş və təxminən 2-3 dəqiqə davam etmişdir.Hazırda Şəxsla barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, zərər çəkmiş şəxs X5 dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı zərərçəkmiş şəxs X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X3 adına verilmiş 18 noyabr 2023-cü il tarixli 841/2023 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1970-ci il təvəllüdlü X3 bel nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də zərər çəkmiş şəxs X3 izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı bacısı X6 fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs X5 döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, həmçinin zərərçəkmiş şəxsin ona ciddi cəza verilməsində israrlı olmasını nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 202-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 11:10-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar