Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1025/2023 07.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, M.Əzizbəyov küçəsi ev 6-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(020)-326/2023 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. ilk vaxtlar icra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş, lakin sonradan işdəın çıxdığıa görə maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmiş və nəticədə icra sənədi üzrə 1450 manat aliment borcu yaranmışdır. Sonuncu dəfə icra sənədi üzrə alimentdən 140 manat ödəniş etmişdir. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra sənədi üzrə olan alimenti ödəməsi tələb edilmişdir. Hazırda aliment borcunu ödəyə bilmir. Təzə işə qəbul olmuş, ona vaxt verilərsə aliment borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İcra sənədi onun icraatına daxil olduqdan sonra Şəxs barəsində lazımı icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədi üzrə alimenti ödəməmişdir. 30 mart 2023-cü il tarixdə icra sənədi üzrə alimenti ödəmədiyindən Şəxs barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1450 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə aliment borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində izahat verərək icra sənədi üzrə yaranmış aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan icra sənədindən görünür ki, Zəngilan rayon məhkəməsinin 2(034)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(020)-326/2023 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu inzibati tənbeh olunmasına baxmayaraq il ərzində eyni icra sənədini üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07 dekabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1025/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1025/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver