Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1027/2023 11.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, fərdi əməklə məşğul, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1106/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1360 manat pul və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1106/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan 1360 manat pul və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. İcra sənədi üzrə borcundan müxəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 300 manat ödəmiş, lakin sonradan amddi imkanı olmadığlndan icra sənədi üzrə borcundan tələbkara heç bir ödəniş edə bilməmişdir. Polis əməkdaşları ona barəsində axtarış qərarının olduğunu bildirmiş, bundan sonra rayon İcra və probasiya şöbəsinə gəlmiş və icra məmuru ona hüquq və vəzifələrini bildirərək icra sənədi üzrə borcunu ödəməsini tələb etmişdir. İcra şöbəsində izahat verərək icra sənədi üzrə qalan borcunu ödəmək üçün hazırda maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə borcunu ödəyəcəyini bildirmişdir. Gündəlik fərdi işlərlə, yəni fəhləlik edərək qazanc əldə edir. Qazancı özünün dolanışacağına ancaq kifayət edir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1106/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1360 manat pul və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. Borclu Şəxs müxtəlif vaxtlarda hissə-hissə olmaqla tələbkara olan borcundan 300 manat ödəmiş, lakin sonradan icra tədbirləri görülməsinə baxmayaraq qalan borcundan heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuş, lakin Şəxs icra sənədi üzrə borcunu tam olaraq ödəməsi üçün maddi imkanının olmadığını bildirmişdir. Şəxs iştirakı ilə tələbkar Arzu Muradov ilə mobil telefon vasitəsi ilə əlaqə yaradaraq icra sənədi üzrə borcunun hissə-hissə ödənilməsinə razı olması barədə ərizə və ya teleqram göndərə biləcəyini soruşmuş, lakin tələbkar Arzu Muradov borcunun tam olaraq qaytarılmasını tələb etdiyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1106/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1360 manat pul və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 dekabr 2023-cü il tarixdən, saat 17:10-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1027/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1027/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver