Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1027/2025 25.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatda olan, hazırda Beyləqan rayonunda yerləşən 500 ailəlik Xocavənd qəsəbə, ev 460-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)- 11/2025 saylı icra sənədinə əsasən cavabdeh Şəxs borca görə 8800 manat məbləğində pul vəsaiti və 112 manat dövlət rüsumu alınıb X4 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-560/2025 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-11/2025 saylı icra sənədinə əsasən cavabdeh Şəxs borca görə 8800 manat məbləğində pul vəsaiti və 112 manat dövlət rüsumu alınıb X4 verilməlidir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2025ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya rəsmi qaydada bildiriş göndərmişdir. İcra sənədinin icrası ilə əlaqədar könüllü vaxt verilmiş, lakin verilmiş müddət ərzində borcunu tam ödəməmişdir.Şəxs icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cərimə edildikdən sonra isə icra tədbirləri görülməsinə baxmayaraq borcundan heç bir ödəniş etməmiş və tələbkar müxtəlif instansiyalara şikayət edərək icra sənədi üzrə qalan borcun ödənilməsini tələb etmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq icra sənədi üzrə borcundan 1400 manat ödəniş etmiş, icra şöbəsində isə izahatı alınan zaman 200 manat ödəyəcəyini bildirmiş və qalan borcunu aylıq 200 manat olmaqla hissəhissə ödəyə biləcəyini bildirmişdir. Ona görə də borclu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Protokol əsaslıdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, icra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Lakin maddi imkanı olmadığına görə də icra sənədi üzrə borcunu tam ödəyə bilməmişdir. Əvvəl hər ay 600 manat ödəməyə söz versə də cəmi 2 ay ödəmiş, sonra imkanı çatmadığına görə ödəyə bilməmişdir. İcra sənədi üzrə 7200 manat borcu qalmışdır. İcra sənədi üzrə borcundan hər ay 200 manat ödəmək istəsə də, tələbkar həmin ödəniş ilə razılaşmır və borcun tam olaraq ödənilməsini tələb edir. Lakin onun həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı çatmır. Himayəsində iki uşağı var, atası, anası xəstədir, özü fəhlə işləyir və onun başqa borcları da var. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən tələbkar X6 ifadəsində bildirmişdir ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-11/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs borca görə 8800 manat məbləğində pul vəsaiti və 112 manat dövlət rüsumu alınıb ona verilməsi qət edilmişdir. Məhkəmə qərarı qəbul edildiyi gündən bu günədək borclu Şəxs tərəfindən ona 1600 manat ödəniş edilmişdir. Borclu əvvəl hər ay 600 manat ödəməyi öhdəsinə götürmüş, 2 ay ödəsə də sonra buna əməl etməmişdir. Onu hər dəfə aldatmışdır, hətta Elmirin atası ona kart verərək hər ay borcundan götürməyi ona bildirmiş, lakin kartda hər hansı bir məbləğdə pul olmadığı müəyyən edilmişdir. Beləliklə Şəxs hə vasitə ilə ona olan borcunu ödəməkdən yayınmışdır. İcra sənədinin tam olaraq icra edilməsini tələb edir. Əks halda Şəxs qanunla müəyyən olunmuş qaydada ağır cəza verilməsini xahiş etdi.. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-11/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs borca görə 8800 manat məbləğində pul vəsaiti və 112 manat dövlət rüsumu alınıb X4 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-11/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İcra işində olan xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, borcluya borcunun ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü övladları var.olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8.000 manat pul alınıb X7 verilməlidir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-560/2025 saylı qərarından görünür ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-560/2025 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, eyni inzibati xətaya görə cərimə olunmasıa baxmayaraq təkrar icra sənədini icra etməməsini, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 noyabr 2025-ci il tarixdən, saat 11:50-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1027/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1027/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver