Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1028/2023 12.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Beyləqan rayon Vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Beyləqan rayonu, Tatalılar kəndində doğulmuş, ailəli, iki uşaq atası, orta təhsilli, deməsinə görə məhkumluğu olmuş, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, Şitilçilik qəsəbəsi, Bağ massivində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-374/2023 saylı, 05 may 2023cü il tarixli icra sənədinə əsasən Şəxs 300 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-374/2023 saylı, 05 may 2023-cü il tarixli icra sənədinə əsasən ondan 300 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Məhkəmənin onun barəsində qəbul etdiyi qərarla razı olmadığından icra sənədi üzrə borcunu bu günədək ödəməmişdir. Məhkəmə onun barəsində qəbul etdiyi qərar əsassızdır, heç bir sübut olmadan barəsində belə bir qərar qəbul edilmişdir. Ona görə də icra sənədi üzrə borcunu ödəmək fikiri olmamışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış, icra məmurunun çağırışına gəlmiş və icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, onun Rəhbər Hümbətova heç bir borcu yoxdur və icra sənədi üzrə göstərilən məbləği ödəmək fikirində deyildir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-374/2023 saylı, 05 may 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 300 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Borclu Şəxs barəsində icra sənədi üzrə icra tədbirləri görülməsinə baxmayaraq borcundan bu günədək heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuş, lakin Şəxs icra şöbəsində izahat verərək məhkəmənin qərarı ilə razılaşmadığını bildirərək icra sənədi üzrə borcundan heç bir ödəniş etməyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-374/2023 saylı, 05 may 2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 300 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq X1 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 12 dekabr 2023-cü il tarixdən, saat 13:20-dən hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (saat) saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1028/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1028/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver