Məhkəmə qərarları › İş №3(020)-1033/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1033/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1033/2023 29.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə Hüquqi ünvanı Beyləqan rayonu Təzəkənd kəndi olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs tərəfindən 2*21-ci il üzrə maliyyə hesabatlarının 2*22-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXMnin 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsin ünvanına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə bildirişi göndərilmiş iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən qəbul edilmişdir. Lakin həmin MMC-i və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işə baxılması ilə əlaqədar olaraq nümayəndələrini məhkəməyə göndərməmişlər. Hüquqi şəxsin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məcburi audit subyektlərinə ünvanlanmış 11 may 2*23-cü il tarixli məktubdan görünür ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Bu Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Adıçəkilən Məcəllənin 1**.3-cü maddəsinə əsasən qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.Həmin Məcəllənin 1*7.6-cı maddəsinə uyğun olaraq illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur. Eyni zamanda “Mühasibat uçotu haqqında” Qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs-nə 2*21-ci il üzrə maliyyə hesabatlarının auditinin 2*22-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmasına görə inzibati icraatın başlanması və bu barədə olan işə 3* noyabr 2*23-cü il tarixdə, saat 16:3*-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsində baxılacağı barədə 13 noyabr 2*23-cü il tarixdə bildiriş göndərilmiş, lakin Şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi çağırışına gəlmədiyindən Şəxs-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs-i 2*21-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün məcburi olan audit yoxlamasından yayınmışdır. Hesab edirəm ki, Şəxs-nin həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində deyilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs-nin törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməməsini əsas tutaraq ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-13*-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15** (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 1* gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar