Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1035/2023 15.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonunun, Güllübulaq kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Mayak qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayonu Mayak qəsəbəsində, çöllük sahədə aralarında yaranmış mübahisə zamanı X2 döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahatında göstərdi ki, qardaşı Mərdan Bayramovun himayəsində ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Mayak qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, aralarında hər hansı ədavət və düşmənçilik olmamşıdır. Mayak qəsəbə ərazisində onun və ailə üzvlərinə aid 7,28 ha torpaq sahəsi vardır. Ona ayrılmış 1,46 ha torpaq sahəsi ailə üzvlərinə verilmiş 7.28 ha torpaq sahəsinin tərkibindədir. Həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Hazırda həmin torpaq sahəsinə yonca və taxıl əkmişlər. Həmin torpaq sahəsinin qonşuluğunda bacısı Tamaranın əri Səhrəddinə məxsus 1,5 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini təxminən 4 ay bundan əvvəl Beyləqan şəhər sakini Zərərçəkmiş şəxs almışdır. Lakin Zərərçəkmiş şəxs həmin torpaq sahəsini aldığı vaxtdan onların torpaq sahələrinə daxil olaraq təxminən 2,6 ha torpaq sahələrini zəbt etmişdir. Həmin torpaq sahəsindən çıxması ilə bağlı ona bir neçə dəfə xəbərdarlıq etsələr də Yalçın onların torpaq sahələrindən çıxmamışdır Yalçın daşınmaz əmlak idarəsi tərəfindən ona qeyd olunan sahənin sənədlərinin verildiyini bildirərək torpaqdan çıxmaqdan imtina etmişdir. Buna görə də bir neçə dəfə aralaranda sözlə mübahisə olmuşdur. Qardaşı Mərdan həmin torpaq sahəsində taxıl əkmək istəmişdir. xx.xx.2023-cii il tarixdə saat 11 radələrində qardaşı Mərdan ona telefonla zəng etmiş, Mərdanla telefonda danışan zaman Mərdan sahəyə çəkdiyi tok çobanın Yalçın tərəfindən çıxarıldığını, buna görə də Yalçınla telefonla danışıb onu sahəyə çağırdığını bildirmişdir. Yalçın sahəyə gələcəyi üçün o, da sahəyə getmək qərarına gəlmişdir. Həmin sahə evlərinə yaxın olduğu üçün o, Mərdanın yanına piyada getmişdir. Sahənin kənarına çatanda Mərdanın sahənin qurtaracağında qoyun otardığını görmüşdür. Bu zaman Yalçın da öz avtomobili ilə həmin sahəyə gəlmişdir. Yalçın maşınla sahəyə girmək istədiyi üçün o, Yalçına sahəyə girməməsini bildirmiş, lakin Yalçın maşınla sahəyə girmişdir. Yalçın maşından düşdükdən sonra onu telefonla video çəkməyə başlamışdır. O, Yalçına torpağı zəbt etməsini irad bildirdikdə Yalçın ünvansız nəlayiq ifadə işlətmiş, buna görə də o, əsəbiləşərək öz əlində olan Samsung J2 markalı telefonu Yalçına tərəf atmış, telefon Yalçının sifətinə dəymişdir. Bundan sonra telefon yerə düşmüş, o, telefonu yerdən götürmək istəyərkən Yalçın telefonu təpiklə vurub telefonu götürə bilməməsi üçün onu itələmişdir. Bu zaman sağ tərəfi üstə yıxılmış, yıxılan zaman onun sağ əlinin orta barmağı yerə yıxılan zaman zərblə yerə dəyib xəsarət almışdır. Bundan sonra o, ayağa qalxmış və qardaşı Mərdan həmin yerə yaxınlaşmış, Yalçın isə oradan uzaqlaşıb çıxıb getmişdir. Aralarında baş vermiş mübahisə Beyləqan rayonu, Mayak qəsəbəsində Yalçınla aralarında olan mübahisəli torpaq sahəsində baş vermiş mübahisə 1-2 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamışdır. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri B.Kəngərli küçəsi 18 saylı evdə yaşayır. Təxminən 5-6 ay bundan əvvəl Beyləqan rayonu, Mayak qəsəbə ərazisindən Mayak qəsəbə sakini Səhrəddin adlı şəxsdən 1,05 ha torpaq sahəsini almışdır. Onun həmin torpaq sahəsinə dair rəsmi sənədləri, çıxarışı vardır. Səhrəddin Mərdanın bacısının əridir. Həmin torpaq sahəsi ilə Mərdanın və Mərdanın deməsinə görə adını bilmədiyi bacısının torpaq sahəsi qonşudur. O, torpağı aldığı vaxtdan torpağa dair sənədləri düzəltdikdən sonra Mərdan ona, guya onun torpaq sahəsinindən bir hissəsini zəbt etdiyini bildirərək bir neçə dəfə onunla sözlə mübahisə etmişdir. Bundan başqa Mərdan onun rəsmi aldığı torpaq sahəsinin bir hissəsində öz qoyunlarını otararaq ona ziyanlıq vurmuşdur. Buna görə də bir neçə dəfə aralarında sözlə müahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə o, həmin yerə baxarkən Mərdanın onun yerinin bir hissəsindən tok çoban deyilən qurğu çəkdiyini görmüşdür. Həmin tok çobanları çıxardaraq onun öz sahəsinə atmışdır. xx.xx.2023-cü il tarixdə Mərdan ona zəng edərək telefonda onunla mübahisə etmiş və nə üçün tok çobanları çıxartdığını bildirmişdir. Mərdan onu həmin yerə çağırdığı üçün təxminən saat 11 radələrində o, həmin torpaq sahəsinə getmişdir. O, Mərdana tok çobanları onun sahəsində qurduğuna görə çıxardığını bildirmişdir. Həmin vaxt orada Mərdanın bacısı da olmuşdur. Mərdan özü onunla mübahisə etməsə də bacısı Minayə onunla mübahisə etməyə və onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Mübahisə zamanı Mərdanın bacısı əlində olan telefonu onun sol sifət nahiyəsinə vurmuşdur. Minayə telefonu onun sifətinə vurduqdan sonra telefonu yerə düşmüş, bundan sonra Minayə telefonu gütürüb yenidən onun sifətinə tərəf atmış, lakin telefonun onun sifətinin hansı nahiyəsinə dəyməsi yadında qalmamşıdır. Telefon yerə düşdükdən sonra isə Minayə özü telefonu götürmək istəsədə o, həmin telefonu tez götürmüş və cibinə qoymuşdur. Bundan sonra Minayənin əlində heçnə olmadığı üçün Minəyə onun üzərinə gələrək onu vurmaq istəyərkən o, Minayəni itələyib özündən aralamağa çalışmışdır. Minayəni özündən aralayan zaman Minayə yerə yıxılmamış və hər hansı bir xəsarət almamşıdır. Onların mübahisələri təxminən 3-5 dəqiqə davam etmişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşıb Beyləqan rayon Polis şöbəsinə gələrək məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, zərərçəkmiş şəxs X2 dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı X4 və Şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X1 adına verilmiş xx.xx.2023-cü il tarixli, № 864/23 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1990cı il təvəllüdlü 1970-ci il təvəllüdlü X1 bədən səthi üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Yalçın Mehtiyevi döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, qadın olmasını nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 202-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1035/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1035/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver