Məhkəmə qərarları › İş №3(020)-1036/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1036/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1036/2023 15.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Beyləqan şəhəri, B.Kəngərli küçəsi ev 18-də yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş iznibati xəta haqqında materialdan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayonu Mayak qəsəbəsində çöllük sahədə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüş və Zərərçəkmiş şəxs məxsus “Samsung J2” markalı mobil telefonun ekranını sındıraraq Zərərçəkmiş şəxs 75 manat maddi ziyan vurmuşdur. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri B.Kəngərli küçəsi 18 saylı evdə yaşayır. Təxminən 5-6 ay bundan əvvəl Beyləqan rayonu, Mayak qəsəbə ərazisindən Mayak qəsəbə sakini Səhrəddin adlı şəxsdən 1,05 ha torpaq sahəsini almışdır. Onun həmin torpaq sahəsinə dair rəsmi sənədləri, çıxarışı vardır. Səhrəddin Mərdanın bacısının əridir. Həmin torpaq sahəsi ilə Mərdanın və Mərdanın deməsinə görə adını bilmədiyi bacısının torpaq sahəsi qonşudur. O, torpağı aldığı vaxtdan torpağa dair sənədləri düzəltdikdən sonra Mərdan ona, guya onun torpaq sahəsinində bir hissəsini zəbt etdiyini bildirərək bir neçə dəfə onunla sözlə mübahisə etmişdir. Bundan başqa Mərdan onun rəsmi aldığı torpaq sahəsinin bir hissəsində öz qoyunlarını otararaq ona ziyanlıq vurmuşdur. Buna görə də bir neçə dəfə aralarında sözlə miiahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə o, həmin yerə baxarkən Mərdanın onun yerinin bir hissəsindən tok çoban deyilən qurğu çəkdiyini görmüşdür. Həmin tok çobanları çıxardaraq Mərdanın öz sahəsinə atmışdır. xx.xx.2023-cü il tarixdə Mərdan ona zəng edərək telefonda mübahisə etmiş və nə üçün tok çobanları çıxartdığını bildirmişdir. Mərdan onu həmin yerə çağırdığı üçün təxminən saat 11 radələrində o, həmin torpaq sahəsinə getmişdir. O, Mərdana, tok çobanları onun sahəsində qurduğuna görə çıxardığını bildirmiş və həmin vaxt orada Mərdanın bacısı da olmuşdur. Mərdan özü onunla mübahsə etməsə də bacısı Minayə onunla mübahisə etməyə və onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Mübahisə zamanı Mərdanın bacısı əlində olan telefonu onun sol sifət nahiyəsinə vurmuşdur. Minayə telefonu onun sifətinə vurduqdan sonra telefonu yerə düşmüş, bundan sonra Minayə telefonu gütürüb yenidən onun sifətinə tərəf atmış, lakin telefonun onun sifətinin hansı nahiyəsinə dəyməsi yadında qalmamşıdır. Telefon yerə düşdükdən sonra isə Minayə özü telefonu götürmək istəsədə o, həmin telefonu tez yerdən götürmüş və cibinə qoymuşdur. Bundan sonra Minayənin əlində heçnə olmadığı üçün Minəyə onun üzərinə gələrək onu vurmaq istəmişdir. Buna görə də o, Minayəni itələyib özündən aralamağa çalışmışdır. Lakin o. Minayəni itələyərkən Minayə yerə yıxılmamış, hər hansı bir xəsarət almamş və Minayəyə məxsus mobil telefonun ekranını sındırmamışdır. Onların mübahisələri təxminən 3-5 dəqiqə davam etmişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşıb Beyləqan rayon Polis şöbəsinə gələrək məlumat vermişdir. Ona görə də göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, qardaşı Mərdan Bayramovun himayəsində ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Mayak qəsəbəsində yaşayır. Yalçın Mehdiyevi tanıyır, aralarında hər hansı ədavət və düşmənçilik olmamşıdır. Mayak qəsəbə ərazisində onun və ailə üzvlərinə aid 7,28 ha torpaq sahəsi vardır. Ona ayrılmış 1,46 ha torpaq sahəsi ailə üzvlərinə verilmiş 7.28 ha torpaq sahəsinin tərkibindədir. Həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Hazırda həmin torpaq sahəsinə yonca və taxıl əkmişlər. Həmin torpaq sahəsinin qonşuluğunda bacısı Tamaranın əri Səhrəddinə məxsus 1,5 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini təxminən 4 ay bundan əvvəl Beyləqan şəhər sakini Yalçın Mehdiyev almışdır. X4 həmin torpaq sahəsini aldığı vaxtdan onların torpaq sahələrinə daxil olaraq bir hissəsini zəbt etmişdir. Həmin torpaq sahəsindən çıxması ilə bağlı ona bir neçə dəfə xəbərdarlıq etsələr də Yalçın onların torpaq sahələrindən çıxmamışdır Yalçın daşınmaz əmlak idarəsi tərəfindən ona qeyd olunan sahənin sənədlərinin verildiyini bildirərək torpaqdan çıxmaqdan imtina etmişdir. Buna görə də bir neçə dəfə aralaranda sözlə mübahisə olmuşdur. Qardaşı Mərdan həmin torpaq sahəsində taxıl əkmək istəmişdir. xx.xx.2023-cii il tarixdə saat 11 radələrində qardaşı Mərdan ona telefonla zəng edərək sahəyə çəkdiyi tok çobanın Yalçın tərəfindən çıxarıldığını, buna görə də Yalçınla telefonla danışıb onu sahəyə çağırdığını bildirmişdir. Yalçın sahəyə gələcəyi üçün o, da sahəyə getmək qərarına gəlmişdir. Həmin sahə evlərinə yaxın olduğu üçün o, Mərdanın yanına piyada getmişdir. Sahənin kənarına çatanda Mərdanın sahənin qurtaracağında qoyun otardığını görmüşdür. Bu zaman Yalçın da öz avtomobili ilə həmin sahəyə gəlmişdir. Yalçın maşınla sahəyə girmək istədiyi üçün o, Yalçına sahəyə girməməsini bildirmiş, lakin Yalçın maşınla sahəyə girmişdir. Yalçın maşından düşdükdən sonra onu telefonla video çəkməyə başlamışdır. O, Yalçına torpağı zəbt etməsini irad bildirdikdə Yalçın ünvansız nəlayiq ifadə işlətmiş, buna görə də o, əsəbiləşərək öz əlində olan Samsung J2 markalı telefonu Yalçına tərəf atmışdır. Bundan sonra telefon yerə düşmüş, o, telefonu yerdən götürmək istəyərkən Yalçın telefonu təpiklə vurub telefonu götürə bilməməsi üçün onu itələmişdir. Bu zaman sağ tərəfi üstə yıxılmış, yıxılan zaman onun sağ əlinin orta barmağı zərblə yerə dəyib xəsarət almışdır. Bundan sonra o, ayağa qalxmış və qardaşı Mərdan həmin yerə yaxınlaşmış, Yalçın isə ona məxsus mobil telefonu qardaşı Mərdana verərək oradan uzaqlaşıb çıxıb getmişdir. Mərdan telefonunu ona verdikdən sonra telefonunun ekranının sındığını görmüşdür. Telefonun ekranının sınması nəticəsində ona 80 manat maddi ziyan dəymişdir. Həmin maddi ziyan Yalçın Mehdiyev tərəfindən ödənilməmişdir. Aralarında baş vermiş mübahisə Beyləqan rayonu, Mayak qəsəbəsində Yalçınla aralarında olan mübahisəli torpaq sahəsində baş vermiş mübahisə 1-2 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamışdır. X2 ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayonu Mayak qəsəbəsində çöllük sahədə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüş və Zərərçəkmiş şəxs məxsus “Samsung J2” markalı mobil telefonun ekranını sındıraraq Zərərçəkmiş şəxs 75 manat maddi ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 21 noyabr 2023-cü il tarixli, 851/2023 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs xx.xx.1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs İİİ barmağının yumşaq toxumalarının əziyi xəsarəti müəyyən olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan mülkiyyətçiyə dəymiş maddi ziyanın müəyyən edilməsi barədə “Paritet-M” Məhdud Məsuliyətli Cəmiyyətinin 21 noyabr 2023-cü il tarixli, 100 nömrəli qiymətləndirmə arayışından görünür ki, 21 noyabr 2023-cü il tarixə region bazarlarında təhqiqat araşdırmasının predmeti olan, “Samsung J2” markalı mobil telefonun detalı olan “ekranının” orta bazar qiyməti ilə dəyəri 75 (yetmiş beş) manat təşkil edir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X1 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Şəxs və Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrinin tərkibi olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Toplanmış araşdırma materialları və MTE və PA Birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də inzibati xəta əməli törətmiş şəxs Şəxs və zərər çəkmiş şəxsin təhqiqatda verdiyi izahatları ilə Şəxs Beyləqan rayonu Mayak qəsəbəsində çöllük sahədə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi və Zərərçəkmiş şəxs məxsus “Samsung J2” markalı mobil telefonun ekranını sındıraraq Zərərçəkmiş şəxs 75 manat maddi ziyan vurması ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34.3, 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar