Məhkəmə qərarları › İş №3(020)-1037/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1037/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1037/2023 15.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs xx.xx.1989-cu ildə Beyləqan rayonu, Orta Əlinəzərli kəndində anadan olmuş, subay, işsiz, orta təhsilli, məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, Orta Əlinəzərli kəndində küçədə sərxoş vəziyyətdə səs-küy salaraq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta əməlini törətmiş şəxs Şəxs əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə evdə yemək yeyən zaman araq içmişdir. Sonra sərxoş vəziyyətdə ailə üzvləri ilə aralarında sözlə mübahisələri yaranmışdır. Mübahisə etdikdən əsəbi vəziyyətdə küçəyə çıxmış və sərxoş vəziyyətdə olduğundan özündə olmamış və özündən aslı olmayaraq küçədə ünvansız nəlayiq ifadələr işlətmişdir. Kənd sakinləri onun səsindən narahat olmuşlar. Həmin vaxt kənd ərazisində xidmətdə olan Beyləqan rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizamlı olmağa dəvət etmişlər. lakin o, sərxoş vəziyyətdə olduğundan polis əməkdaşlarına məhəl qoymayaraq küçədə ünvansız söyüşlər söyməyə davam etdiyindən polis əməkdaşları onu rayon PŞ-ə dəvət etmişlər. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayon PŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X2 ilə birlikdə Beyləqan rayonu Əlinəzərli kəndində xidmətdə olarkən həmin kənd sakini Şəxs sərxoş vəziyyətdə küçədə səs-küy salaraq ünvansız nəlayiq söyüşlər işlətdiyini görüb ona yaxınlaşaraq Şəxs nizam-intizama dəvət etmişlər. lakin Şəxs onların sözlərinə məhəl qoymamış və öz hərəkətlərinə davam edərək səs-küy salmağa davam etdiyi üçün Şəxs Beyləqan RPŞ-ə gətirib növbətçi hissəyə təhvil vermişlər. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, Orta Əlinəzərli kəndində küçədə sərxoş vəziyyətdə səs-küy salaraq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 14 dekabr 2023-cü il tarixli 785 saylı protokoldan görünürki Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Beləliklə məhkəmə iclasında Şəxs 14 dekabr 2023-cü il tarixdə, Beyləqan rayon, Orta Əlinəzərli kəndində küçədə ünvansız nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etməsi və kənd sakinlərinin narahatçılığına səbəb olması kifayət qədər sübuta yetmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, il ərzində müxtəlif vaxtlarda təkrar olaraq eyni əməli törətməsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsi qanunauyğun və məqsədə müvafiqdir. İş materiallarından görünür ki, Şəxs barəsində 14 dekabr 2023-cü il tarixdə saat 23:30-da tutma protokolu tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 dekabr 2023-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar