Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1038/2023 18.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Beyləqan rayonu Aşıqalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu Aşıqalılar kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs qohumudur. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus olan Beyləqan rayonu, Aşıqalılar kəndi ərazisində yerləşən fərdi yaşayış evində olan zaman çöldən səs küy eşitmişdir. Evdən çölə çıxmış və səsin küçədən gəldiyin görüb evin həyətindən küçəyə çıxmışdır. Həyətdən çıxan kimi Elsevər üzərinə yerimiş və sifətindən bir dəfə şillə ilə vurmuş və ona “köpək oğlu niyə eşşək kimi anqırırsan” demişdir. Elsevər ona köpək oğlu dediyinə görə əsəbləşmiş və Elsevərin sözündən sonra sinəsindən itələyərək Elsevəri vurmuşdur. Sonra da oradan uzaqlaşmışdır. Həmin vaxt Elsevəri kəllə ilə vurmamış və Elsevərin əsasını qırmamışdır. Elsevər onu bir dəfə şillə ilə sifətindən vurduğundan o, da cavab olaraq Elsevəri vurmuşdur. Elsevəri sinəsindən utələyən zaman ola bilər ki, Elsevər yıxılıb dişini qırmışdır. Lakin qaranlıq olduğu üçün Elsevərin yıxılmasını da görməmişdir. Hadisə Beyləqan rayonu, Aşıqalılar kəndində fərdi yaşayış evinin qarşısında baş vermişdir. Mübahisə zamanı küçədə heç kim olmamışdır. Mübahisə 2-3 dəqiqə davam etmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X3 qohumu və qonşusudur. Rüfət ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus olan Beyləqan rayonu, Aşıqalılar kəndi ərazisində yerləşən fərdi yaşayış evində olan zaman çöldən səs küy eşidərək evdən çölə çıxmışdır. Səsin küçədən gəldiyin görüb evin həyətindən küçəyə çıxarkən küçədə X1 qışqıraraq yüksək səs ilə danışdığını görmüşdür. Rüfətə gecə vaxtı səs salmasının onu narahat etdiyini demişdir. Həmin vaxt Rüfət sərxoş olmuşdur. Rüfət üzərinə yerimiş və şillə ilə sifətindən vuraraq yaxasından tutub itələmişdir, uzaqlaşdıqdan sonra Rüfət yanına gəlib qəfil kəllə ilə ağız nahiyyəsinə bir dəfə vurmuşdur. Əlində olan əsasını götürüb qıraraq yerə atmışdır. Rüfətin zərbəsindən ağzında olan protez dişi qırılmış və dodağı əzilmişdir. Buna görə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı Ülfəti vurmamış, sadəcə Ülfəti özündən uzaqlaşdırmaq üçün sinəsindən itələmişdir. Hadisə Beyləqan rayonu, Aşıqalılar kəndində fərdi yaşayış evinin qarşısında baş vermişdir. Mübahisə zamanı orada başqa heç kim olmamışdır. Mübahisə 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı dodağı əzilmiş və protez dişi sınmışdır. Hazırda Şəxsla barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 09 oktyabr 2023-cü il tarixli 738/2023 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üst dodağının selikli qişasında qansızına olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Muayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, həmçinin zərərçəkmiş şəxsin ona ciddi cəza verilməsində israrlı olmasını nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 202-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 12:05-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1038/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1038/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver