Məhkəmə qərarları › İş №3(020)-1040/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1040/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1040/2023 19.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, iki uşaq atası, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, S.qaziyeva küçəsi ev 27-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-477/2021 saylı, 30 mart 2021ci il tarixli icra sənədinə əsasən Şəxs 9661.03 manat əsas borc və 100 manat cərimə borcu olmaqla ümumilikdə 9761.03 manat və 17 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-477/2021 saylı, 30 mart 2021-ci il tarixli icra sənədinə əsasən ondan 9661.03 manat əsas borc və 100 manat cərimə borcu olmaqla ümumilikdə 9761.03 manat və 17 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Faktiki olaraq rəsmi heç bir yerdə işləmir, maddi imkanı zəidir. Lakin buna baxmayaraq icra sənədi üzrə borcundan sentyabr ayında 200 manat, xx.xx.2023-cü il tarixdə 1000, hazırda isə borcundan tələbkar təşkilata 500 manat ödəmişdir. İcra sənədi üzrə qalan borcunu 2024-cü ilin yanvar ayının sonlarına qədər tam olaraq ödəyəcəkdir. Həmçinin icra məmurunun çağırışlarına gəlmiş, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmaq fikirində deyildir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-477/2021 saylı, 30 mart 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9661.03 manat əsas borc və 100 manat cərimə borcu olmaqla ümumilikdə 9761.03 manat və 17 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Borclu Şəxs icra sənədi üzrə borcundan müxtəlif vaxtlarda olmaqla ümumilikdə 1200 manat ödəniş etmiş, bundan sonra isə qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcundan ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmiş, Şəxs icra şöbəsinə gəlmiş, ona hüququ və vəzifələri izah olunmuş və icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. Şəxs icra sənədi üzrə qalan borcunu hər ay 200 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmiş ona görə Şəxs barəsində protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda icra sənədi üzrə borcundan 500 manat tələbkar təşikata ödəniş etmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-477/2021 saylı, 30 mart 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 9661.03 manat əsas borc və 100 manat cərimə borcu olmaqla ümumilikdə 9761.03 manat və 17 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 500 manat pulu tələbkar "xxxx" MMC-nin xeyirinə ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs icra sənədi üzrə borcunu tam olaraq ödəməməsinə səbəb olaraq rəsmi olaraq heç bir yerdə işləmədiyini göstərir, həmçinin hazıra kimi müxtəlif vaxtlarda 1200 manat tələbkar təşkilata pul ödəmiş, həmçinin hazırda icra sənədi üzrə borcundan 500 manat tələbkar təşkilatına hesabına ödəyir, qalan borcunu isə 2024-cü ilin yanvar ayına kimi tam olaraq ödəyib qutaracağı barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs hazırda icra sənədi üzrə borcundan 500 manat tələbkar təşkilatın hesabına ödəmiş, qalan borcunu isə 2024-cü ilin yanvar ayı ərzində tam olaraq ödəyəcəyi barədə söz vermişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar