Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1041/2023 19.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs, Zərəçəkmiş şəxs-X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Beyləqan rayonu Şərq qəsəbəsində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, fərdi təsərüffatla məşğul olan, orta təhsilli, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu Türklər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Beyləqan rayon Türklər kəndi ərazisində X6 və X2 qarşı nəlayiq söyüşlər söyərək təhqir etməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta əməlini törətmiş şəxs Şəxs əməlini qismən etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə 4 nəfər şəxs ona məxsus mal tövləsinin arxasından keçən su kanalına baxış keçirərkən həmin şəxslərə yaxınlaşaraq nə ilə bağlı gəldiklərini soruşduqda, həmin şəxslərdən biri özünü məhkəmə kimi təqdim edərək ona məxsus mal tövləsinin arxasından su kanalı keçdiyini və həmin su kanalının onun tərəfindən doldurulduğunu ona irad bildirmişdir. O, həmin şəxslərdən ona məxsus torpaq sahəsinə baxış keçirmək üçün onlardan sənəd tələb etmiş və həmin şəxsə oradan su kanalının keçmədiyini və onun tərəfindən doldurulmadığını bildirən zaman sonradan adı ona sonradan məlum olmuş İsmayıl Binnətovla aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı İsmayıl Binnətov onu təhqir etmiş və bundan sonra əsəbləşərək İsmayıl Binnətova cavab olaraq onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra həmin yerə rayon PŞ-in əməkdaşı gəlmiş və onu rayon PŞ-nə dəvət etmişdir. O, polis əməkdaşı ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Sözügedən torpaq sahəsinin istifadəsi barədə Beyləqan rayon Türklər bələdiyyəsi ilə aralarında 15 illik müqavilələri vardır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində müfəttiş vəzifəsində işləyir, Şəxs tanımır və onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə Beyləqan rayon Türklər kənd sakini Kamil adlı şəxs və həmin kəndin bələdiyyəsi tərəfindən şikayət daxil olaraq Beyləqan rayonu Türklər kəndində yerləşən çöl torpaq sahəsində əkilmiş 46 ağaca gedən su kanalının kənd sakini Şəxs tərəfindən doldurulduğu və həmin ağacların quruma təhlükəsi olduğu bildirilmişdir. Həmin şikayət əsasında Beyləqan rayon Türklər bələdiyyəsinin sədri X6 və Beyləqan rayon PŞnin əməkdaşı ilə birlikdə sözügedən əraziyə baxış keçirməyə getmişlər. Əraziyə baxış keçirən zaman Şəxs məxsus mal tövləsinin arxasından keçən su kanalının doldurulduğunu görmüş və bu zaman Şəxs tövlənin arxasından çıxaraq onlardan həmin əraziyə nə səbəbə baxış keçirdiklərini soruşmuşdur. O, Şəxs barəsində şikayət daxil olduğunu bildirmişdir. Həmin vaxt Şəxs ondan əraziyə baxış keçirmək üçün hər hansı bir sənədinin olub-olmamasını ondan soruşmuşdur. O, cavabında həmin ərazinin bələdiyyə torpağı olduğunu bildirərək ona hər hansı bir sənəd təqdim etməli olmadığını bildirmişdir. Bu zaman Şəxs uca səslə onun və Beyləqan rayon bələdiyyəsinin sədri Sabir Yunusovun ünvanına nəlayiq ifadələr işlətmişdir. Göstərilənlərin nəzərə alınmasını və Şəxs cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri X4 izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir. Onunla heç bir qohumluq münasibəti və heç bir düşmənçilik və ədavətləri yoxdur. xx.xx.2023-cü il tarixdə rəhbərliyin göstərişi əsasında sözügedən əraziyə gedərkən Şəxs və İsmayıl Binnətov arasında sözlü mübahisə olduğnu görmüş, həmin vaxt tərəflər qarşılıqlı olaraq bir-birilərinə qarşı qarşılıqlı olaraq ünvansız nəlayiq ifadələr işlətmişlər. Həmin şəxsləri aralmış və Şəxs PPXB-nin xidməti avtomobilinə mindirərək rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişdir. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Beyləqan rayon Türklər kəndi ərazisində X6 və X2 qarşı nəlayiq söyüşlər söyərək təhqir etməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2023cü il tarixdə, saat 15 radələrində Beyləqan rayon Türklər kəndi ərazisində X6 və X2 qarşı nəlayiq söyüşlər söyərək təhqir etməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qanuna uyğun və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (saat) saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğluna ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1041/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1041/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver