Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1042/2023 28.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Yardımlı rayonu, Telavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı,"xxxx" MMC-də sürücü işləyən, ailəli, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00-da Horadiz-Bəhrəmtəpə yolunun 48-ci kilometrliyində idarə etdiyi “MAN TGS 41.400” yük markalı, **-JN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, sayrışan işıq siqnallarından istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin DYPB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin heçbiri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında materiala əlavə olunmuş sənədlər əsasında baxılmağı mümkün hesab edir. İnzibati xəta haqqında prptokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00-da Horadiz-Bəhrəmtəpə yolunun 48-ci kilometrliyində idarə etdiyi “MAN TGS 41.400” yük markalı, **-JN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, sayrışan işıq siqnallarından istifadə etmişdir. Onun bu hərəkətləri iş materialları ilə öz təsdiqini tapmışdır. Ona görə də Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 342.9cu maddəsinin tərkibi olduğundan onun həmin maddə ilə təqsirli bilib cəzalandırılmasını qanuna müvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini nəzərə alaraq hesab hesab edirəm ki, inzibati xəta törədən Şəxs xəta törətdiyi maddənin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet, yəni sayrışan işıq siqnalı müsadirə edilməklə inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, sayrışan işıq siqnalları müsadirə edilməklə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1042/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1042/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver