Məhkəmə qərarları › İş №3(020)-1045/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1045/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1045/2023 29.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, xx.xx.1958-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı,xx.xx.2023-cü il tarixdə ölmüş Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Beyləqan rayon məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon polis şöbəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokol ətrafında toplanmış materiallar daxil olmuşdur. Daxil olmuş materialdan görünür ki, Beyləqan rayonu Mil qəsəbəsində yaşayan Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsinin 26 dekabr 2023-cü il tarixli, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı səbəbi ilə ölmüşdür. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə öldüyündən İXM-nin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyünə görə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Qeyd olunanları, nəzərə alaraq Şəxs ödlüyünə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolla daxil olmuş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati işə İXM-nin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyünə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar