Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1048/2025 02.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Füzuli rayonuda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Beyləqan rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 16(020)-25/2025 saylı icra sənədi üzrə iş üzrə qətnamə qəbul edilənədək müvəqqəti olaraq Beyləqan şəhəri H.Z.Tağıyev küç.ev 7-də yaşayan Şəxs hər ay hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0.42 mislində sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla aliment tutularaq xx.xx.2010-cu ildə anadan olan Fatimə, xx.xx.2012-ci ildə anadan olan Şakir və xx.xx.2019-cu ildə anadan olan Alisa adlı uşaqlarının saxlanılması üçün Beyləqan rayonu SMD-42 qəsəbəsində yaşayan uşaqların anası X1 verilməsi qət edilmişir. Alimentin tutulmasının əvvəli 28 aprel 2025-ci il tarixdən hesablanmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-555/2025 saylı qərarı ilə borclu Babayev X3 Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 16(020)-25/2025 saylı icra sənədi üzrə tələbkar X2 xeyrinə 2016 manat məbləğində aliment borcunu ödəməməklə, həmin icra sənədindəki tələbi icra məmuru tərəfindən lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir.Beyləqan Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2(020)-967/2025 saylı icra sənədinə əsasən , borclu Şəxs 30 sentyabr 2025-ci il tarixdən başlayaraq hər ay xx.xx.2010-cu ildə anadan olan Fatimə adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,45 mislində, xx.xx.2012-ci ildə anadan olan Şakir adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,45 mislində, xx.xx.2019-cu ildə anadan olan Alisa adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,45 mislində sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində alimentin tutularaq həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı X1 verilməsi və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(020)-25/2025 saylı alimentin müvəqqəti tutulması barədə qərardadın icrasına xitam verilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)- 555/2025 qərarı qüvvəyə mindiyi gündən bir il ərzində Şəxs eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə, inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahat verərək bildirmişdir ki, məhkəmə qərarları ilə ondan uşaqların saxlanılması üçün aliment tutulmuşdur. Barəsində inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra, işləmədiyi üçün heç bir ödəniş etməmiş və onun aldığı müavinətdən 278 manat tutularaq tələbkara ödənilmişdir. Hazırda onun 3416 manat məbləğində aliment borcu vardır. O, 10-15 günə işə başlayacaq və yığılmış aliment borcunu ödəyəcəkdir. Bu səbəbdən də, qeyd edilənlərin nəzərə alınaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 16(020)-25/2025 saylı icra sənədi üzrə iş üzrə qətnamə qəbul edilənədək müvəqqəti olaraq Beyləqan şəhəri H.Z.Tağıyev küç.ev 7-də yaşayan Şəxs hər ay hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0.42 mislində sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla, aliment tutularaq xx.xx.2010-cu ildə anadan olan Fatimə, xx.xx.2012-ci ildə anadan olan Şakir və xx.xx.2019-cu ildə anadan olan Alisa adlı uşaqlarının saxlanılması üçün Beyləqan rayonu SMD-42 qəsəbəsində yaşayan uşaqların anası X1 verilməsi qət edilmişir. Beyləqan rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunun ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-555/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beyləqan rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2(020)-947/2025 saylı icra sənədinə əsasən, borclu Şəxs 30 sentyabr 2025-ci il tarixdən başlayaraq hər ay xx.xx.2010-cu ildə anadan olan Fatimə adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,45 mislində, xx.xx.2012-ci ildə anadan olan Şakir adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,45 mislində, xx.xx.2019-cu ildə anadan olan Alisa adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,45 mislində sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində alimentin tutularaq, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı X1 verilməlidir. Beyləqan rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2(020)-947/2025 saylı icra sənədinə əsasən icraata başlanılmış və sonuncuya borcunun ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs aliment borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Babayev X3 rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 16(020)-25/2025 saylı icra sənədi üzrə müəyyən edilmiş aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Şəxs barəsində axtarış elan edilmişdir. İcra işindən görünür ki, Şəxs tələbin yönəldilə biləcəyi əmlak, əmək müqaviləsi, pensiya, təqaüd və sair gəliri barədə məlumat yoxdur. Beyləqan rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 3(020)-1048/2025 saylı qərarından görünür ki, iş üzrə məhkəmə iclası 01 dekabr 2025-cü il tarixə, saat 16:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Buna görə də, 01 dekabr 2025-ci il tarixli qərardadla Şəxs barəsində məcburi gətirmə tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası TƏBİB” Publik Hüquqi şəxsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 3762 saylı, 01 dekabr 2025- ci il tarixli tibbi arayışından da görünür ki, Şəxs “Arterial hipertenziya.Kardialgiya” diaqnozu ilə ambulator müalicədədir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədini üzrə tələbləri üzrsüz səbəbdən icra etmədiyinə görə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(020)-555/2025 qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 22 (iyirmi iki) manat ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il saat 19:15-dən hesablansın. Qərarın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 22 (iyirmi iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-1048/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1048/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver