Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1049/2023 19.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Beyləqan rayonu, RTS qəsəbəsində doğulmuş, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, fərdi əməklə məşğul, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu RTS qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1041/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 382.50 manat dəyərində 1 ədəd 585 əyarlı tros toxunuşlu üzük, 476.00 manat dəyərində 1 ədəd 585 əyarlı üzük, 544.00 manat dəyərində 585 əyarlı 1 xüt buta formalı sırğa, 1360.00 manat dəyərində 1 ədəd 585 əyarlı gül formalı boyunbağı, həmin əmlaklar olmadıqda isə onların dəyəri 2762.50 manat məbləğində pul və qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 65 manat məbləğində pul və mediasiya üçün ödədiyi 50 manat pul alınıb X2 verilməlidir. Amil Əbilov icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1041/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan və X1 382.50 manat dəyərində 1 ədəd 585 əyarlı tros toxunuşlu üzük, 476.00 manat dəyərində 1 ədəd 585 əyarlı üzük, 544.00 manat dəyərində 585 əyarlı 1 xüt buta formalı sırğa, 1360.00 manat dəyərində 1 ədəd 585 əyarlı gül formalı boyunbağı, həmin əmlaklar olmadıqda isə onların dəyəri 2762.50 manat məbləğində pul və qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 65 manat məbləğində pul və mediasiya üçün ödədiyi 50 manat pul alınıb X2 verilməlidir. icra sənədi üzrə borcunu ödəməməsinə səbəb məhkəmə qərarı ilə razı olmaması və maddi imkanının olmamasıdır. Məhkəmə qərarında göstərilən qızılın qiymətləri çox hesablanmış, həmin qızıllar göstərilən dəyərdə və qiymətdə olmamışdır. İcra məmuru tərəfindən onun ünvanına göndərilən məktublardan xəbərdar olmadığına görə icra məmurunun çağırışlarına gəlməmiş, polis əməkdaşları tərəfindən ona məxsus mobil telefona zəng olunaraq barəsində axtarış qərarı olması ona bildirilmiş və bundan sonra rayon icra və probasiya şöbəsnə gəlmişdir. İcra məmuru ona hüquq və vəzifələrini bildirərək icra sənədi üzrə borcunu ödəməsini tələb etmişdir. İcra şöbəsində izahat verərək icra sənədi üzrə borcunu ödəmək üçün hazırda maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə borcunu hər ay 50 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmişdir. İşğaldan azad olunmuş torpaqlarda gündəliyi 25 manata fəhlə işləyərək qazanc əldə edir. Qazancı özünün dolanışacağına ancaq kifayət edir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1041/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 382.50 manat dəyərində 1 ədəd 585 əyarlı tros toxunuşlu üzük, 476.00 manat dəyərində 1 ədəd 585 əyarlı üzük, 544.00 manat dəyərində 585 əyarlı 1 xüt buta formalı sırğa, 1360.00 manat dəyərində 1 ədəd 585 əyarlı gül formalı boyunbağı, həmin əmlaklar olmadıqda isə onların dəyəri 2762.50 manat məbləğində pul və qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 65 manat məbləğində pul və mediasiya üçün ödədiyi 50 manat pul alınıb X2 verilməlidir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, icra məmurunun çağırışlarına gəlməkdən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun təkrar bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuş, lakin Şəxs icra sənədi üzrə borcunu ödəməsi üçün maddi imkanının olmadığını, həmçinin məhkəmənin qərarı ilə razılaşmadığını bildirmişdir. Həmçinin Şəxs icra sənədi üzrə borcundan hər ay 50 manat ödəməyə maddi imkanının çatdığını bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1041/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs və X1 382.50 manat dəyərində 1 ədəd 585 əyarlı tros toxunuşlu üzük, 476.00 manat dəyərində 1 ədəd 585 əyarlı üzük, 544.00 manat dəyərində 585 əyarlı 1 xüt buta formalı sırğa, 1360.00 manat dəyərində 1 ədəd 585 əyarlı gül formalı boyunbağı, həmin əmlaklar olmadıqda isə onların dəyəri 2762.50 manat məbləğində pul və qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 65 manat məbləğində pul və mediasiya üçün ödədiyi 50 manat pul alınıb X2 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 19 dekabr 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1049/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1049/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver