Məhkəmə qərarları › İş №3(020)-1050/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1050/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1050/2023 28.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı,fərdi əməklə məşğul olan, evli, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “X2” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan-Kəbirli yolunun 6-cı kilometrliyində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə Beyləqan rayon YPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı olmadan işdə olan sənədlər əsasında baxılmağı mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirlən Beyləqan rayon PŞ-nin DYPB-nin YPXnin inspektoru polis serjantı X1 izahatında göstərdi ki, 06 dekabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Beyləqan rayon PŞ-nin YPXB-nin xidməti avtomobili ilə Beymləqan- Kəbirli yolunun 6-cı kilometrliyində xidmətdə olan zaman “X2” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünü işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə saxlamış, yoxlama zamanı avtomobilin sürücüsündən sənədləri təqdim etməsini tələb edərkən sürücü Şəxs spirt qoxusu gəldiyinə görə onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğundan Şəxs sərxoşluğunu yoxlamaq üçün alkotester aparatı vasitəsi ilə sərxoşluq muayinəsindən keçirmişdir. Muayinə zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili idarə edərkən orta dərəcə sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 06 dekabr 2023-cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “X2” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan-Kəbirli yolunun 6-cı kilometrliyində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə Beyləqan rayon YPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi özünün iş materialları ilə yanaşı, alkotseter qəbzi və şahidin izahatı ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərini təyin edən alkotester müayinəsi barədə qəbzdən görünür ki, Şəxs hadisə vaxtı orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi iş materialları, alkotester qəbzi və şahidin izahatı ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırlması növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar