Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-1052/2023 27.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair materiallar Beyləqan rayon polis şöbəsindən baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Şəfəq qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, xx.xx.2023-cü il tarixdə, idarə etdiyi “Vaz 2106” markalı, **-HJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Hacıqabul-Horadiz yolunun 111-ci kilometrliyində İmişli rayonu ərazisində hərəkətdə olan zaman YPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı polis əməkdaşları tərəfindən onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. O, hadisəni İmişli rayonu ərazisində törətmiş, barəsində olan materialın ərazi üzrə Beyləqan rayon məhkəməsinə göndərilməsini xahiş etməmişdir. İnzibati xəta haqqında materialda olan sənədləri və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatını dinləyərək məhkəmədə müəyyən edilmişdir ki, həmin işə baxılması Beyləqan rayon məhkəməsinin hakiminin səlahiyyətlərinə aid deyildir. Belə ki, yol nəqliyyat hadisəsi Hacıqabul-Horadiz yolunun 111-ci kilometrliyində İmişli rayonu ərazisində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin inzibati xəta haqqında işə Beyləqan rayon məhkəməsində baxılması ilə bağlı vəsatətinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə görə İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində olan inzibati iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-110-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1052/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-1052/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver