Məhkəmə qərarları › İş №3(020)-1053/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1053/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1053/2023 21.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, Habil Hacıyev küç ev 49-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1452/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs hərbir uşaq üçün 90 manat olmaqla 3 uşaq üçün cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2008-ci ildə anadan olmuş, X3, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2011 -ci ildə anadan olmuş X1 üçün uşaqların anası X2 verilməsi və alimentin tutulmasının başlanğıcı 27 avqust 2019-cu il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşına çatana kimi davam etdirilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsizahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1452/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan hər bir uşaq üçün 90 manat 3 uşaq üçün cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2008-ci ildə anadan olmuş, X3, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2011 -ci ildə anadan olmuş X1 üçün uşaqların anası X2 verilməsi və alimentin tutulmasının başlanğıcı 27 avqust 2019-cu il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşına çatana kimi davam etdirilməsi qət edilmişdir. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və icra sənədi üzrə olan tələbi yerinə yetirilməsi tələb edilmişdir. Bildirdi ki, maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcunu ödəyə bilməmiş, rayon icra şöbəsinin icra məmuru tərəfindən ünvanına çağırış məktubu göndərilmiş, icra şöbəsində ica məmuruna izahat verərək borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. İcra məmuru icra sənədi üzrə borcunu ödəməsi üçün ona vaxt vermiş, həmin vaxt ərzində tələbkara olan borcunu tam olaraq ödəyə bilməmişdir.Lakin ayrı-ayrı vaxtlarda imkanı daxilində aliment ödəmişdir. Yenidən icra məmuru tərəfindən İcra və probasiya şöbəsində dəvət olunmuş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, icra sənədi üzrə borcunu tam ödəməyə maddi imkanı çatmır.Hazırda ayağında yara var və ayağında çürümə gedir.Ayaq üstə dura və yeriyə bilmir.Bu səbəbdən işləyə bilmir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1452/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs hər bir uşaq üçün 90 manat 3 uşaq üçün cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2008-ci ildə anadan olmuş, X3, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2011 -ci ildə anadan olmuş X1 üçün uşaqların anası X2 verilməsi və alimentin tutulmasının başlanğıcı 27 avqust 2019-cu il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşına çatana kimi davam etdirilməsi qət edilmişdir.İcra sənədi icraatına daxil olduqdan sonra qanuni icra tədbirləri görmüş, borclu Şəxs icra şöbəsinə dəvət olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb edilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir.Bundan sonra isə icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Nəticədə icra sənədi bu günədək icrasız qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilmiş, borclu İcra və Probasiya Şöbəsinə gəlmiş, icra şöbəsində borclu Şəxs izahatı alınmış, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə tələbi təmin etməli olduğu bildirilmişdir. Lakin Şəxs icra sənədi üzrə borcunu ödəməyə maddi imkanının olmadığını bildirmişdir.O, aliment ödəyə bilməməsini xəstəliyi ilə əlaqələndirmişdir.Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1452/2019 saylı, 01 oktyabr 2019cu il tarixli icra sənədinə əsasən Şəxs hər bir uşaq üçün 90 manat 3 uşaq üçün cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2008-ci ildə anadan olmuş, X3, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2011 -ci ildə anadan olmuş X1 üçün uşaqların anası X2 verilməsi və alimentin tutulmasının başlanğıcı 27 avqust 2019-cu il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşına çatana kimi davam etdirilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi sübuta yetmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da icra sənədi üzrə tələbi təmin etməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını habelə ayağında olan yara üzündən işləyə bilməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar