Məhkəmə qərarları › İş №3(020)-1054/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1054/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1054/2023 25.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs xx.xx.1989-cu ildə Beyləqan rayonu, Orta Əlinəzərli kəndində anadan olmuş, subay, işsiz, orta təhsilli, məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşadığı ünvanda sərxoş vəziyyətdə səs-küy salaraq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta əməlini törətmiş şəxs Şəxs əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman Beyləqan rayon PŞ-nin əməkdaşları yaşadığı evə gəlrək onun barəsində çikayət daxil olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. həmin vaxt polis əməkdaşlarından ondan kimin şikayət etdiyini soruşmuş və polis əməkdaşları ona həmlkəndlisi X2 şikayətini göstərmişlər. Şikayəti gördükdən sonra əsəbləşmiş və yaşadğı evin həyətində ucadan nəlayiq ifadələr işlətməyə başlamışdır. Hadisə zamanı spirtli içki qəbul etdiyindən özündə olmamış, həmçinin polis əməkdaşları ondan şikayət daxil olduğunu bildirdikdə isə əsəbləşmişdir. Ona görə ünvansız nəlayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, əməliyyatistintaq qrupunun üzvü kimi xidmətdə olan zaman həmin gün, yəni xx.xx.2023-cü il atrixdə, saat 21:40 radələrində Beyləqan rayonu, Orta Əlinəzərli kənd sakini X1 İşlər Nazirliyinin 102 zəng çağrı xidmətinə zəng edərək həmkəndlisi Şəxs tərəfindən bir baş xırdabuynuzlu heyvanının oğurlanmasını bildirmişdir. Daxil olmuş məlumatla əlaqədar o, RPŞ-nin NH-nin sürücüsü Mehdizadə Firudin və İTB-nin polis sahə rəisi Bəxtiyar Qədirovla birlikdə şikayət vermiş şəxs Famil Quliyevin yaşadığı ünvana gedərək həmin şəxsin ərizə və izahatını alaraq hadisə yerinə baxış keçirmişlər. Bundan sonra Şəxs evdə olduğunu öyrənib oraya getmişlər. Şəxs yaşadığı evə gedərək onu çölə çağırmışlar və Şəxs barəsində şikayət daxil olduğunu bildirmişlər. Bu zaman Şəxs uca səslə qışqırmağa və nəlayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Şəxs sərxoş vəziyətdəolmuşdur. Ona xəbərdarlıq edib sakitləşdirməyə çalışsalarda Şəxs onlara məhəl qoymamış və öz hərəkətlərinə davam etmişdir. Ona görə də Cəfərovu Beyləqan RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşadığı ünvanda sərxoş vəziyyətdə səs-küy salaraq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə məhkəmə iclasında Şəxs 22 dekabr 2023-cü il tarixdə, Beyləqan rayon, Orta Əlinəzərli kəndində yerləşən yaşadığı evin həyətində ünvansız nəlayiq ifadələr işlətməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etməsi kifayət qədər sübuta yetmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, il ərzində müxtəlif vaxtlarda təkrar olaraq eyni əməli törətməsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsi qanunauyğun və məqsədə müvafiqdir. İş materiallarından görünür ki, Şəxs barəsində 23 dekabr 2023-cü il tarixdə saat 00:10-da tutma protokolu tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 23 dekabr 2023-cü il tarix nəzərə alınsın. Onun üzərində 9 (doqquz) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 25 dekabr 2023-cü il saat 13:20-dən hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar