Məhkəmə qərarları › İş №3(020)-1055/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1055/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1055/2023 25.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, A.Cavadov küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1093/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 14 dekabr 2020-ci ildə anadan olmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 3(020)-263/2023 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1093/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən ondan 14 dekabr 2020-ci ildə anadan olmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İcra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş, lakin sonradan işdən çıxdığına görə maddi imkanı olmamış və icra sənədi üzrə alimenti ödəyə bilməmiş və nəticədə icra sənədi üzrə 1660 manat aliment borcu yaranmışdır. Lakin son vaxtlar yenidən hər ay 140 manatı alimenti ödəyir, lakin icra sənədi üzrə yığılmış 1660 manat alimenti ödəməyə maddi imkanı çatmır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış və icra sənədi üzrə olan aliment borcunu ödəməsi tələb edilmişdir. Hazırda aliment borcunu ödəyə bilmir. Təzə işə qəbul olmuş, ona vaxt verilərsə aliment borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1093/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 14 dekabr 2020-ci ildə anadan olmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İcra sənədi onun icraatına daxil olduqdan sonra Şəxs bir neçə ay mütəmadi olaraq alimenti ödəmiş, lakin sonradan icra sənədi üzrə alimenti ödəmədiyinə görə 1660 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində lazımı icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra sənədi üzrə alimenti ödəməmişdir. 02 mart 2023-cü il tarixdə icra sənədi üzrə alimenti ödəmədiyindən Şəxs barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1660 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsində izahat verərək icra sənədi üzrə yaranmış aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan icra sənədindən görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1093/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 14 dekabr 2020-ci ildə anadan olmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 3(020)-263/2023 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu inzibati tənbeh olunmasına baxmayaraq il ərzində eyni icra sənədini üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsini, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən, saat 16:54-də hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar