Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1056/2023 25.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Beyləqan rayonu, Şərq qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan rayonu Şərq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1176/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********87605 olan X3 8 markalı mobil telefon üçün 477.6 manat ödənilməmiş hissə, 47 manat cərimə, xx.xx.2020-ci il tarixli İMEİ kod **********941064 olan Huawei Y5 markalı mobil telefon üçün 324 manat ödənilməmiş hissə 32 manat cərimə olmaqla ümumilikdə 880.6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1703/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 626 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1276/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 6003nkNFT/21 saylı kredit müqaviləsinə görə 1814.65 manat əsas məbləğ, 261.22 manat faiz borcu, 15.36 manat cərimə olmaqla cəmi 2091.23 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 41.32 manat pul alınıb "xxxx" KB ASC-yə verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1176/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********87605 olan X3 8 markalı mobil telefon üçün 477.6 manat ödənilməmiş hissə, 47 manat cərimə, xx.xx.2020-ci il tarixli İMEİ kod **********941064 olan Huawei Y5 markalı mobil telefon üçün 324 manat ödənilməmiş hissə 32 manat cərimə olmaqla ümumilikdə 880.6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1703/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən ondan alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 626 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1276/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 6003nkNFT/21 saylı kredit müqaviləsinə görə 1814.65 manat əsas məbləğ, 261.22 manat faiz borcu, 15.36 manat cərimə olmaqla cəmi 2091.23 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 41.32 manat pul alınıb "xxxx" KB ASC-yə verilməlidir. Ayağı əməliyyat olduğuna görə işdən çıxmış və icra sənədi üzrə borclarını ödəyə bilməmişdir. Kredit borcu ilə bağlı Unibankla danışaraq icra sənədi üzrə borcunu hissə-hissə ödəyəcəyi barədə öz aralarında razılığa gəlmişlər. İcra məmuru tərəfindən ona sms bildiriş göndərilmiş, icra məmurunun çağırışından sonra İcra və probasiya şöbəsinə gəlmiş və icra məmuru ona hüquq və vəzifələrini bildirərək icra sənədi üzrə borcunu ödəməsini tələb etmişdir. İcra şöbəsində izahat verərək icra sənədləri üzrə borcunu ödəmək üçün hazırda maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə borcunu ödəyəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə 400 manat ödəniş etmək imkanı vardır. Borclarını tam olaraq ödəməyə maddi imkanı çatmır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1176/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********87605 olan X3 8 markalı mobil telefon üçün 477.6 manat ödənilməmiş hissə, 47 manat cərimə, xx.xx.2020-ci il tarixli İMEİ kod **********941064 olan Huawei Y5 markalı mobil telefon üçün 324 manat ödənilməmiş hissə 32 manat cərimə olmaqla ümumilikdə 880.6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1703/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 626 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1276/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 6003nkNFT/21 saylı kredit müqaviləsinə görə 1814.65 manat əsas məbləğ, 261.22 manat faiz borcu, 15.36 manat cərimə olmaqla cəmi 2091.23 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 41.32 manat pul alınıb "xxxx" KB ASC-yə verilməlidir. Borclu Şəxs barəsində icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs bildirişlər göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuş, lakin Şəxs icra sənədləri üzrə borcunu tam olaraq ödəməsi üçün maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədləri üzrə borclarını hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1176/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********87605 olan X3 8 markalı mobil telefon üçün 477.6 manat ödənilməmiş hissə, 47 manat cərimə, xx.xx.2020-ci il tarixli İMEİ kod **********941064 olan Huawei Y5 markalı mobil telefon üçün 324 manat ödənilməmiş hissə 32 manat cərimə olmaqla ümumilikdə 880.6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödənilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1703/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 626 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1276/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 6003nkNFT/21 saylı kredit müqaviləsinə görə 1814.65 manat əsas məbləğ, 261.22 manat faiz borcu, 15.36 manat cərimə olmaqla cəmi 2091.23 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 41.32 manat pul alınıb "xxxx" KB ASC-yə verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1056/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1056/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver