Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1057/2023 25.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı,orta təhsilli, subay, işsiz, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-5940/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən etibarən iddiaçı X4 ilə cavabdeh Şəxs birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-5940/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən etibarən iddiaçı X4 ilə onun birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Əvvəllər MAHHXQ kimi MN-nin N saylı hərbi hissəsində xidmət etmiş, lakin sonradan işdən çıxdığına görə icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 1000 manat aliment borcu yaranmışdır. Həmin aliment borcundan tələbkara bugünədək 30 manat ödəniş etmiş, hazırda 970 manat aliment borcu vardır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və hüququ və vəzifələri izah olunaraq ondan icra sənədi üzrə olan aliment borcunun ödənilməsi tələb olunmuşdur. O, icra şöbəsində izahat verərək aliment borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirmiş, ona görə də barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Hər ay 80 manat veteran pulu alır, həmçinin, təzə işləməyə başlamışdır. Hazırda aliment borcundan 500 manat ödəmiş, qalan borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. İcra məmurunun çağırışlarından boyun qaçırmamışdır. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-5940/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən etibarən iddiaçı X4 ilə cavabdeh Şəxs birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Borclu Şəxs barəsində icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə alimentdən indiyədək 30 manat ödəniş etmiş, nəticədə icra sənədi üzrə 970 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinə gəlmiş, Şəxs icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda icra sənədi üzrə borcundan tələbkara 500 manat ödəniş etmişdir. İşdə olan Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-5940/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən etibarən iddiaçı X4 ilə cavabdeh Şəxs birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tələbkar X3 olan aliment borcundan 500 manat G.Əkbərzadəyə məxsus plastik kart hesabına ödəniş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan aliment borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs rəsmi olaraq heç bir yerdə işləmədiyindən icra sənədi üzrə alimenti ödəməmiş, yığılan aliment borcundan hazırda 500 manat ödəmiş, qalan aliment borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs icra sənədi üzrə aliment borcundan 500 manat tələbkara ödəmiş, qalan aliment borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi, yəni aliment ödəməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1057/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1057/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver