Məhkəmə qərarları › İş №3(020)-1059/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1059/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1059/2023 26.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, Şəxs küçəsi ev 45-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-874/2011 saylı, 08 dekabr 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs hər bir uşağa görə ayda 70 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2006-cı il təvəllüdlü İradə və xx.xx.2008-ci il təvəllüdlü Ruzi adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmasları üçün X1 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-874/2011 saylı, 08 dekabr 2011-ci il tarixli icra sənədinə əsasən ondan hər bir uşağa görə ayda 70 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2006-cı il təvəllüdlü İradə və xx.xx.2008-ci il təvəllüdlü Ruzi adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmasları üçün X1 verilməsi qət edilmişdir. Bildirdi ki, alimenti mütəmadi olaraq ödəməsə də müxtəlif vaxtlarda ödəmiş, sonradan maddi imkanı olmadığından alimenti ödəyə bilməmiş və nəticədə 7562 manat borcu yaranmışdır. Həmin aliment borcuna görə barəsində CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanmış və cinayət işinin gedişatında aliment borcundan 4500 manat tələbkara ödəmiş və icra sənədi üzrə yaranmış aliment borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə tələbkarla öz aralarında razılığa gələrək tələbkar ondan şikayətçi olmadığından barəsində olan cinayət işinə xitam verilmişdir. Sonradan isə anası vəfat etmiş və başı anasının dəfn və digər yas işlərinə qarışdığından icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 3612 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, himayəsində xəstə atası var, həmçinin rəsmi olaraq heçbir yerdə işləmir. Gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. İcra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-874/2011 saylı, 08 dekabr 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs hər bir uşağa görə ayda 70 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2006-cı il təvəllüdlü İradə və xx.xx.2008-ci il təvəllüdlü Ruzi adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmasları üçün X1 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 7562 manat aliment borcu yaranmışdır. Ona görə də Şəxs barəsində CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanılmış və məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasının gedişatında aliment borcundan 4500 manat ödəmiş və qalan aliment borcunun hissə-hissə ödənilməsi barədə tələbkarla öz aralarında razılığa gəldiklərinə görə Şəxs barəsində başlanılmış cinayət icraatına xitam verilmişdir. Bundan sonra Şəxs yenidən icra sənədi üzrə alimenti ödəməkdən boyun qaçırmış və icra sənədi üzrə 3612 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-874/2011 saylı, 08 dekabr 2011-ci il tarixli icra sənədindən görünür ki, Şəxs hər bir uşağa görə ayda 70 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2006-cı il təvəllüdlü İradə və xx.xx.2008-ci il təvəllüdlü Ruzi adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmasları üçün X1 verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 dekabr 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar