Məhkəmə qərarları › İş №3(020)-1059/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-1059/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-1059/2025 02.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, X1 müdafiəçisi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbəh vermə haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına X1 müdafiəçisi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, X1 müdafiəçisi Nümayəndə ünvanladığı şikayət ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbəh vermə haqqında qərarından şikayət vermişdir. Lakin, iş materiallarına şikayət vermiş X1 müdafiəçisi Nümayəndə tərəfindən inzibati tənbeh vermə haqqında qərarın nə vaxt alınmasını təsdiq edən sənəd əlavə edilmədiyindən, sözügedən qərarın ona nə vaxt çatdırılmasını müəyyən etmək mümkün olmur. Buna baxmayaraq, şikayət vermiş şəxs X1 müdafiəçisi Nümayəndə inzibati tənbeh vermə haqqında qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmiş, həmçinin, müddətin bərpası barədə ərizə təqdim etmədən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin şikayət ərizəsinə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın təqdim edilməsi barədə X1 müdafiəçisi Nümayəndə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 03 noyabr 2025-ci il tarixli sorğu məktubu əlavə edilsədə, inzibati orqan tərəfindən qərarın göndərilməsini təsdiq edən hər hansı bir müşayət məktubu və ya poçt zərfiin surəti şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru X2 DƏMX-nin BŞİ-nin rəis muavini Sadiq Əliyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə 11 mart 2024-cü il tarixli qərarla 1200 manat cərimə edilmişdir. Həmin qərarın qəbulundan 1 il 6 aydan artıq müddət keçmişdir. B.Quliyevin nümayəndəsi həmin qərarın surətinin vaxtında göndərilməməsi, şikayətində qərarın surətini 19 noyabr 2025-ci il tarixdə əldə edilməsini göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Onun qərarın surətini hansı yolla əldə edilməsi müəyyən edilmir. Müdafiəçi Nümayəndə tərəfindən qərarın surətinin alınmasından ötrü 03 noyabr 2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin BŞİ-nə sorğu göndərilmiş, sorğunun cavablandırılması, yəni qərarın surətinin həmin sorğu əsasında göndərilməsi məlum olmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, qərardan şikayət vaxtında verilmədiyinə görə şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 müdafiəçisi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar