Məhkəmə qərarları › İş №3(020)-1060/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1060/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1060/2023 26.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı,evli, orta təhsilli, məhkum olunmuş, işsiz, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:08 radələrində istifadəsində olan ***-***-**-** nömrəli telefonla DİN-nin 102 xidmətinə zəng edərək xidmətin operatorlarını təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini səmimi etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu Kəbirli kəndində yerləşən yaşadığı evdə olan zaman həyat yoldaşı X1 ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı həyat yoldaşı Ayişə Cəfərova stolun üstündə olan stəkanı götürərək onun başına çırpmış və ona xəsarət yetirmişdir. Həmin vaxt, yəni xx.xx.2023-cü il tarixdə, saat 21:08 radələrində həyat yoldaşının hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib kömək istəyən zaman operator onun zənginə gec cavab verdiyindən əsəbləşmiş və operatorla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək özündən çıxıdığından operatorun ünvanına nəlayiq ifadə işlətmişdir. Həmin vaxt əsəbi vəziyyətdə olduğundan operatoru təhqir etmişdir. Hazırda hərəkətlərindən peşimandır. Birdaha belə hərəkətlərə yol vermiyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:08 radələrində istifadəsində olan ***-***-**-** nömrəli telefonla DİN-nin 102 xidmətinə zəng edərək xidmətin operatorlarını təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs DİN-nin 102 xidmətinə zəng edərək xidmətin operatorlarını təhqir etməklə xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və özünün izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hərəkətlərindən peşiman olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq aşağı həddə həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 dekabr 2023-cü il tarixə, saat 15:25-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar