Məhkəmə qərarları › İş №3(020)-1061/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1061/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1061/2023 26.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı,ailəli, orta təhsilli, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Beyləqan rayonu Kəbirli kəndində yerləşən evlərində aralarında yaranmış mübahisə zamanı əri Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahatında göstərdi ki, Beyləqan rayon Kəbirli kəndində daimi qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs onun əridir birgə nikahlarından 2 azyaşlı övladları var. Zərərçəkmiş şəxs ilə aralarında tez-tez narazılıq olur. Həmin narazılığa səbəb Zərərçəkmiş şəxs evin təlabatını ödəməməsidir. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində əri Zərərçəkmiş şəxs işdən evə gələn zaman o, rəfiqəsi ilə telefonla danışdığından Vüsalın isə evə lazımi ərzaq almaması səbəbindən ona qulluq edə bilmımiş, bu səbəbdən də əri Zərərçəkmiş şəxs ona narazılıq edərək mübahisə etmiş və mübahisə zamanı onun sol qolunu burmuşdur. Bundan sonra o, əsəbləşərək stolun üzərində olan stəkanı əri Vüsalın sağ qoluna vurmuş, bundan sonra aralarında baş verən mübahisə başa çatmış və əri Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək ondan şikayət etmişdir. aralarında baş vermiş mübahisə 1-2 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamışdır. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon, Kəbirli kəndində daimi qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. X1 onun arvadıdır. O, Şəxsn Xaliq qızı ilə rəsmi nikahda olmaqla, həmin nikahdan 2 azyaşlı övladları var. Arvadı Şəxsn Xaliq qızı onun sözünə baxmadığından və quluğunda dayanmadığından aralarında narazılıq vardır. Bu narazılıq bir neçə dəfə təkrarlanmış və xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evə gəlmiş və yorğun olduğundan arvadı Cəfərov Ayişəndən çay istəmişdir. Lakin arvadı Şəxsn telefonun qulaqcığın qulağına taxaraq telefonla danışdığından onun sözünə baxmamış, bu səbəbdən də o, Şəxsnə irad bildirən zaman aralarında sözlə mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Şəxsn stolun üzərində olan stəkanı ona doğru atmış və stəkan onun sağ qolununa dəymişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək arvadının hərəkətləri barədə şikayət etmişdir. Mübahisə zamanı o, Şəxs döyməmiş və qolunu burmamışdır. Onlar arasında baş vermiş mübahisə Beyləqan rayonu Kəbirli kəndində yerləşən yaşadıqları evdə 1-2 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamışdır. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 06 dekabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis mayoru X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli, № 876/23 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ said nahiyəsində qançır aşkar olunmuşdur. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs əri Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, qadın olmasını nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 202-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar