Məhkəmə qərarları › İş №3(020)-1063/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1063/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1063/2023 26.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-521/2014 saylı, 15 may 2014cü il tarixli icra sənədinə əsasən Şəxs hər uşağa görə ayda 60 manat sabit pul məbləğində aliment tutularaq onun 03 fevral 2005-ci ildə anadan olmuş Aysu və 26 dekabr 2007-ci ildə anadan olmuş Aynişan adlı uşaqların saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-521/2014 saylı, 15 may 2014-cü il tarixli icra sənədinə əsasən ondan hər uşağa görə ayda 60 manat sabit pul məbləğində aliment tutularaq onun 03 fevral 2005-ci ildə anadan olmuş Aysu və 26 dekabr 2007-ci ildə anadan olmuş Aynişan adlı uşaqların saxlanılması üçün X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə alimenti əvvəllər vaxtında ödəmiş, lakin sonradan maddi imkanı olmadığından alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 1656 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən ünvanına bildiriş gəlmiş, bundan sonra icra şöbəsinə gəlmiş və ondan izahat alınaraq icra sənədi üzrə borcunu ödəməsi ondan tələb olunmuşdur. O, İcra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, hazırda icra sənədi üzrə borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə icra icra sənədi üzrə aliment borcunu hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Gündəlik fərdi işlərlə, yəni taksiçilik fəaliyyəti ilə məşğul olur. Qazancı özünün dolanışığına ancaq kifayət edir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-521/2014 saylı, 15 may 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs hər uşağa görə ayda 60 manat sabit pul məbləğində aliment tutularaq onun 03 fevral 2005-ci ildə anadan olmuş Aysu və 26 dekabr 2007-ci ildə anadan olmuş Aynişan adlı uşaqların saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimenti əvvəllər ödəmiş, sonradan qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1656 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmişdir. N.Orucov icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-521/2014 saylı, 15 may 2014-cü il tarixli icra sənədindən görünür ki, Şəxs hər uşağa görə ayda 60 manat sabit pul məbləğində aliment tutularaq onun 03 fevral 2005-ci ildə anadan olmuş Aysu və 26 dekabr 2007-ci ildə anadan olmuş Aynişan adlı uşaqların saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 dekabr 2023-cü il tarixdən, saat 16:28-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar