Məhkəmə qərarları › İş №3(020)-1064/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1064/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1064/2023 27.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, E.Əliyev küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Beyləqan rayon mərkəzi bazarında İstehsalı və ya satılması qadağan olunmuş malların satışını həyata keçirməsi aşkar olunmuşdur. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahatında göstərdi ki, Beyləqan şəhəri, E.Əliyev küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayır. Vətən müharibəsi iştirakçısıdır. Beyləqan rayon mərkəzi bazarında partlayıcı maddələrin və füşənglərin satışını həyata keçirmək üçün yer götürmüş və həmin partlayıcı maddələrin satışı ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Beyləqan rayon mərkəzi bazarının ərazisində xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq həmin partlayıcı maddələrinin satışının qadağan olunduğunu bildirərək onu rayon PŞ-nə dəvət etmişlər. Füşəng və partlayıcı maddələrin satışının qadağan olunduğunu bilməmiş, hazırda hərəkətlərindən peşimandır. Bir daha belə hərəkətlərə yol vermiyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını, barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Beyləqan rayonu ərazisində xidmətdə olan zaman Beyləqan rayon mərkəzi bazarında bir nəfər şəxsin qarşısına stol qoyaraq üzərində protexniki məmulatlar, yüksək səsyayıcı qabiliyətinə malik olan oyuncaqlar satdığı müəyyən edilmişdir. Həmin şəxsi satışı qadağan olunmuş məhsullarla birlikdə rayon PŞ-nə dəvət etmişdir. Rayon PŞ-də həmin şəxsin Beyləqan rayon sakini Şəxs olduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Pərviz Tarverdiyev tərəfindən tərtib olunmuş aktdan görünür ki, Şəxs 1 (bir) blok 8 ədəd partlayıcı, 5 ədəd karoki, 3 (üç) ədəd salyut, 3 (üç) ədəd raket, 5 (beş) ədəd top partladan, 9 (doqquz) ədəd p 23 partladan, 10 (on) ədəd lela top, 7 (yeddi) ədəd cadu, 20 (iyirmi) ədəd partladan təhvil vermişdir. Beləliklə də Şəxs İstehsalı və ya satılması qadağan olunmuş malların satışını həyata keçirməsi onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və istehsalı və ya satılması qadağan olunmuş mallar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 1 (bir) blok 8 ədəd partlayıcı, 5 ədəd karoki, 3 (üç) ədəd salyut, 3 (üç) ədəd raket, 5 (beş) ədəd top partladan, 9 (doqquz) ədəd p 23 partladan, 10 (on) ədəd lela top, 7 (yeddi) ədəd cadu, 20 (iyirmi) ədəd partladan müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar