Məhkəmə qərarları › İş №3(020)-1068/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-1068/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-1068/2025 16.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3-cü maddəsi ilə İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İmişli Rayon Polis Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair İXP saylı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib olunan protokolun məzmunundan göründüyü kimi Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta protokolu onun İXM-nin 529.3cü maddəsi ilə, yəni onun hərəkətsizliyi ilə baş verən inzibati xətadır. O halda, inzibati xətanın baş vermə yeri barəsində inzibati xəta protokol tərtib olunan şəxsin qeydiyyat yeri sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə İmişli Rayon Polis Şöbəsinə və Şəxs lazımı qaydada məlumat verilsə də, tərəflərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İmişli Rayon Polis Şöbəsinin nümayəndəsinin və Şəxs iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. "Elektron-məhkəmə” informasiya sistemində edilmiş sorğular əsasında məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs rəsmi yaşayış yeri ünvan 1 ünvanıdır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, nəzərdən keçirərək məhkəmə hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” 17 mart 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində olan inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A ALDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar