Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-109/2024 01.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Beyləqan rayonu Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, Mİİdə nühafizəçi işləyən, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən evində özünə məxsus bir ədəd 3701 nömrəli sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, babasından ona qalmış bir ədəd ov tüfəngi olmuş, həmin ov tüfəngini sənədləşdirmək üçün bir neçə dəfə polis şöbəsinə müraciət etmiş, lakin sənədləşdirmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində yaşadığı Beyləqan rayonu Mil qəsəbəsində yerləşən evində olan zaman polis əməkdaşları onun qapısına gələrk onda olan sənədsiz ov tüfəngini polis şöbəsinə təhvil vermməsini ona bildirmişlər. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşlarına təhvil vermiş, özü də polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində İTB-nün polis sahə nəfəri polis serjantı Elvin Salahov ilə birlikdə rayonun Mil qəsəbəsi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin evində tək lüləli ov tüfəngi olduğunu məlumat alaraq həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən evində olan ov tüfənginin muvafiq sənədlərini tələb etmişlər. Həmin şəxs onlara ov tüfənginin babasından yadigar qaldığını və heç bir sənədinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd bir ədəd tək lüləli, 3701 nömrəli sənədləri olmayan ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxsin Beyləqan rayonu, Mil qəsəbə sakini Şəxs olduğu məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla ona törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd bir ədəd tək lüləli, 3701 nömrəli sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-109/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-109/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver