Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1099/2025 08.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3, Zərəçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində göstərilən inzibati xətaları törətməsinə dair Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 06 dekabr 2025-ci il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 06 dekabr 2025-ciil tarixdə, saat 14:30 radələrində küçədə ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, 06 dekabr 2025-ci il tarixdə, saat 14:30 radələrində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərkən onları nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayan 2 nəfər şəxs PPXB-nin əməkdaşları tərəfindən rayon PŞ-nə gətirlərək raportla rayon PŞ-nin rəisinə məruzə edilmiş və bölmənin məsul əməkdaşı olaraq həmin şəxslərin hərəkətləri barədə araşdırma aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı həmin şəxslərdən birinin Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs olduğunu müəyyən edilmiş və Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsi üçün raport əsasında hazırki protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, bacısı oğlu dostu Səbuhiyə zəng edərək ona dəmir gətirəcəyini bildirərək Səbuhidən 180 manat pul tələb etmişdir. Səbuhi bacısı oğluna 180 manat pul göndərmişdir. Bundan sonra Səbuhi ona zəng gələn nömrəyə zəng edərək dəmiri niyə gətirmədiyini soruşmuş, bu zaman telefona cavab verən Yalçın Quliyev taksi şoferi olduğunu və hansı dəmirdən söhbət getdiyindən xəbərdar olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Yalçın Quliyev ona zəng edərək Beyləqan şəhəri ərazisində yerləşən parkda oldunu bildirərək ona parka çağırmışdır. Bundan sonra Səbuhi ilə parka getmişlər. Orada Yalçınla görüşmüş və Səbuhi Yalçına pul atdığını bildirdikdə Yalçın ona heç bir pul göndərilmədiyini və onun taksi kimi fəaliyyət göstərdiyini bildirərək zəng edən adamın Yalçına məxsus telefonla zəng etdiyini bildirmişdir. Bu zaman onlarla Yalçın Quliyev arasında mübahisə yaranmış mübahisə zamanı əsəbləşdiyindən küçədə ünvansız nəlayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə olan iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq küçədə nəlayiq ifadələr işlətməyi onlara irad bildirmiş və onlar polis əməkdşalarının göstərişinə əməl edərək sakitləşmişlər. Bundan sonra polis əməkdaşları onları rayon PŞ-nin inzibati binasına dəvət etmişlər. Onlarda polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə getmişlər. Həmin vaxt küçədə ünvansız nəlayiq ifadələr işlətsədə polis əməkdaşlarına qarşı hər hansı bir hörmətsizlik və tabesizlik göstərməmişdir. Hadisə zamanı əsəbi vəziyyətdə olmuşdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərəçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Amilin bacısı oğlu Səbuhidən pul almış, həmin oğlanın adı Yusifdir. Yusif onun telefonu ilə danışdığına görə Səbuhi onun kartına göndərilmiş pulun qəbzini onun telefona göndərmişdir. Səbuhi onunla telefon danışığında o, Yusifin onun yanında olmadığını demişdir. Səbuhi telefonda onunla mübahisə etmiş, ona qarşı nəlayiq söyüşlər söymüşdür. Sonra Amil ona zəng edərək onu nəlayiq ifadələrlə təhqir etmiş və onu görüşə çağırmışdır. O, həmin vaxt Füzuli rayonunda xəstəxanada olmuş, arvadını həkimə aparmışdır. Amil ona qarşı nəlayiq ifadələr işlədib çağırdığına görə o, arvadını xəstəxanada saxlamış və Beyləqan rayonuna gəlmişdir. O, Beyləqan H.Əliyev prospekti ərazisində yerləşən parkda Amil və Səbuhi ilə görüşən zaman onu ictimai yerdə təhqir etmişlər və bundan sonra Amil onun ünvanına uca səslə nəlayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə olan iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq sakitləşdirmişdir. Bundan sonra Polis əməkdaşları onları rayon PŞ-nə dəvət etmişlər. O, DİN-nin 102 zəng xidmətinə zəng edərək Amil və Səbuhi barəsində onu ictimai yerdə təhqir etdiklərinə görə şikayət etmişdir. Hazırda Şəxs şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismndə ifadə verən Beyləqan rayon PŞ-nin PPXB-nin polis serjantı X9 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 14:30 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X7 ilə birlikdə Beyləqan rayonu ərazisində xidmətdə olduqları zaman 2 nəfər şəxsin ictimai yerdə 1 nəfər şəxsə qarşı nəlayiq ifadələrlə təhqir etməsini görmüşlər. Bu zaman həmin şəxslərə yaxınlaşaraq onları nizamintizama dəvət edərək küçədə söyüş söyməmələrini bildirmişlər. Bu zaman həmin şəxslər onlara məhəl qoymadan hərəkətlərinə davam etmişdir. Ona görə də həmin şəxsləri rayon PŞ-nə dəvət edərək NH-yə təhvil vermişlər və onların barəsində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismndə ifadə verən Beyləqan rayon PŞ-nin PPXB-nin polis serjantı X1 rayon PŞ-nin PPXB-nin polis serjantı X9 ilə eyni məzmunda ifadə verərək Anar Abbasovun ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Beyləqan rayon PŞ-nin PPXB-nin polis serjantı X9 tərəfindən Beyləqan rayon PŞnin rəisi Ceyhun Qurbanova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:30 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X7 ilə birlikdə Beyləqan rayonu ərazisində xidmətdə olduqları zaman 2 nəfər şəxsin ictimai yerdə 1 nəfər şəxsə qarşı nəlayiq ifadələrlə təhqir etməsini görmüşlər. Həmin şəxsləri nizam-intizama dəvət edilsədə həmin şəxslər polisin qanuni tələblərinə tabe olmadığından onları rayon PŞ-nə gətirərək NH-yə təhvil vermişlər. - Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 06 dekabr 2025-ci il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 06 dekabr 2025-ciil tarixdə, saat 14:30 radələrində küçədə ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. AZA seriyalı 028085 №-li İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 dekabr 2025-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə müəyyən edildi ki, onun hərəkətləri polis əməkdaşlarına qarşı yönəlməmiş, o, Yalçın Quliyevlə mübahisə etmiş, polislərin müdaxiləsindən sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. Məhkəmə araşdırması zamanı isə Şəxs polisin qanuni tələbinə tabe olmaması halı müəyyən edilmir. Məhkəmədə ifadə verən polis əməkdaşları həmin faktı təsdiq etməmişlər. Lakin, İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər bu maddə ilə məsuliyyət yaradır. İşin faktiki halları ilə Şəxs küçədə ünvansız nəlayiq ifadələr işlətməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Ona görə də barəsində inzibati icraat aparılan şəxsə həbs tənbeh növünün təyin edilməsi qanunamüvafiqdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1099/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1099/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver