Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-11/2025 06.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1617/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs 24 may 2014-cü il təvəllüdlü X6 və 29 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimenti X2 tam ödəməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1617/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs 24 may 2014-cü il təvəllüdlü X6 və 29 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimenti X2 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimentdən bu günədək heç bir ödəniş etməmişdir. Onun icra sənədi üzrə 1280 manat alimenti borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəməsi üçün qanuni icra tədbirləri görülməsinə baxmayaraq bugünədək icra sənədi üzrə alimenti ödəməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs şöbədə verdiyi izahatında icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Həmçinin ona vaxt verilərsə 3 aydan sonra icra sənədi üzrə aliment borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Tələbkar isə bu cür ödəniş üsulu ilə razılaşmır, aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Şəxs hazırda 1280 manat aliment borcu vardır. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bildi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1617/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq ondan 24 may 2014-cü il təvəllüdlü X6 və 29 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimenti X2 verilməsi qət edilmişdir. Gündəlik fərdi işlərlə məşğul olmaqla qazanc əldə edir. Özü fərdi əməklə məşğul olur, qazancı alimenti ödəmək üçün kifayət etmir. İcra sənədi üzrə alimentdən bugünədək heç bir ödəniş etməmişdir. Onun hazırda icra sənədi üzrə 1280 manat aliment borcu yaranmışdır. Aliment borcunu hissə-hissə ödəməyə söz verir. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dirilən tələbkar X5 ifadə verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1617/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs 24 may 2014-cü il təvəllüdlü X6 və 29 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimenti ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən bu günədək Şəxs ona heç bir aliment ödənişi etməmişdir. Aliment almadan uşaqlarını saxlamaqda çətinlik çəkir. Ona görə də Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-1617/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs 24 may 2014-cü il təvəllüdlü X6 və 29 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimenti X2 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1617/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli, Xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədinin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu Şəxs aliment pulunu ödəməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən, saat 17:35-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-11/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-11/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver