Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-1103/2025 19.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin rəis muavini baş vergi xidməti müşaviri X5 tərəfindən qəbul edilmiş 15 noyabr 2021-ci il tarixli, **********3218 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 buraxılmış müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin tərəfindən qəbul edilmiş 15 noyabr 2021-ci il tarixli, **********3218 nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət üzrə buraxılmış müddəti üzrlü hesab etməklə bərpa edilməsini xahiş etmişdir. Buraxılmış prosesual müddətin bərpasına dair vəsatəti onunla əsaslandırılmışdır ki, o, kiçik sahibkar olmuş, hazırda sahibkarlıqla məşğul deyildir. 2021-ci ildə Bakı şəhərində mağaza işlədən zaman mağazasında satıcı işləyən işçiyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən epidemya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimlərinin pozulmasına görə cərimə yazılmışdır. Həmin işçi cərimənin ona yazıldığını və həmin cəriməni ödəyəcəyini bildirmişdir. Hadisədən bir neçə il müddət keçməsinə baxmayaraq 15 noyabr 2025-ci il tarixdə poçt vasitəsi ilə ona gələn xx.xx.2025-ci il tarixli icraata başalamaq haqqında Beyləqan rayon İcra və probasiya şöbəsinin məktub və qərar göndərilərək onu Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə görə 600 manat cərimə olunduğu və cərimənin ödənilməsi göstərilmişdir. Bundan sonra icra şöbəsinə getmiş və icra şöbəsində icra məmuru tərəfindən ona bildirlmişdir ki, xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokol əsasında xx.xx.2021-ci il tarixli, **********3218 nömrəli inzibati tənbehvermə haqqında qərarla 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cərimə olunması barədə məlumat ona vergi ödəyicilərinin elektron portalı vasitəsi ilə məlumatlandırılmış, portala gələn məlumat barədə mühasibi tərəfindən xəbərdar edildikdən sonra bu barədə DVX-nə şifahi olaraq öz şikayətini bildirsədə rəsmi olaraq heç bir şikayət verməmişdir. Sözügedən cərimənin yazılmasından 4 ildən artıq müddət keçməyinə baxmayaraq bu barədə ona heç bir xəbərdarlıq gəlməmiş və ona görə də sözügedən qərardan icra şöbəsinin məlumatından sonra xəbərdar olduğu üçün indi şikayət vermişdir. Göstərilənlərin nəzərə alınmasını və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin tərəfindən qəbul edilmiş 15 noyabr 2021-ci il tarixli, **********3218 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğvinə dair şikayət üzrə buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, o, barəsində olan qərarı 15 noyabr 2025-ci il tarixdə icra şöbəsindən gələn icraata başlama haqqında qərardan və bildirişdən sonra icra şöbəsinə yaxınlaşaraq icra məmurundan almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsi isə öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bu barədə hər hansı bir vəsatət verməmişdir. Məhkəmə inzibati tənbehvermə haqqında qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında maxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan şikayət üzrə nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan ötürüldüyünə görə X3 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa olunmasına” dair vəsatət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasına inzibati xəta haqqında işin araşdırılması zaman müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat cədvəlindən görünür ki, 15 noyabr 2021-ci il tarixli, **********446300 nömrəli sənədlə 15 noyabr 2021-ci il tarixdə (saat 12:20) vergi ödəyicisinə barəsində inzibati tənbehvermə haqqında qərar barədə məlumat verilmiş, həmin məlumat 15 yanvar 2022-ci il tarixdə (saat 15:11) vergi ödəyici tərəfindən şəxsi kabinet vasitəsi ilə oxunmuşdur. Həmçinin məhkəmə iclası zamanı X3 izahat;nda bildirmişdir ki, vergi ödəyiciləri ilə yazışmalar barədə şəxsi hesabına gələn bildiriş barədə mühasibi tərəfindən ona məlumat verilmiş, o, bu barədə şifahi olaraq Dövlət Vergi Xidmətinə şikayət ünvanlasada rəsmi olaraq barəsində olan inzibati tənbehvermə haqqında qərarı mübahisələndirməmiş, icra məmuru tərəfindən inzibati cəriməni ödəməsi ondan tələb edildikdən sonra inzibati tənbehvermə haqqında qərarı icra məmurundan alaraq şikayət vermişdir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.2-ci maddəsinə əsasən, Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin tərəfindən qəbul edilmiş 15 noyabr 2021-ci il tarixli, **********3218 nömrəli inzibati tənbehvermə haqqında qərarın surəti ilk dəfə 15 noyabr 2021-ci il tarixli, **********446300 nömrəli sənədlə 15 noyabr 2021-ci il tarixdə (saat 12:20) vergi ödəyicisinə barəsində inzibati tənbehvermə haqqında qərar barədə məlumat verilmiş, həmin məlumat 15 yanvar 2022-ci il tarixdə (saat 15:11) vergi ödəyici tərəfindən şəxsi kabinet vasitəsi ilə oxunmuşdur. Bununlada qərar xx.xx.2022-ci il tarixdə rəsmi qaydada X2 göndərilmiş hesab edilməlidir. İXM-nin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından şikayətçi sözügedən qərarı rəsmi qaydada aldığı gündən 10 gün müddətində mübahisələndirməli olduğu halda, inzibati tənbehvermə haqqında qərardan şikayət məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsində göstərilir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməməli, buraxılmış prosessual müddət bərpa edilməməli və şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin tərəfindən qəbul edilmiş 15 noyabr 2021-ci il tarixli, **********3218 nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə verilmiş vəsatəti təmin edilməsin. X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin tərəfindən qəbul edilmiş 15 noyabr 2021-ci il tarixli, **********3218 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1103/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-1103/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver