Məhkəmə qərarları › İş №3(020)-1108/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-1108/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-1108/2025 11.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, EQ 32097518 saylı elektron qərarından şikayətinə baxılmağa hazırlanması zamanı, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, EQ 32097518 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə olunmuşdur. X1 həmin elektron qərardan şikayəti 05 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, müddətin bərpası üçün vəsatət təqdim olunmadığından və hansı orqanın qərarından şikayət verdiyi və həmin orqanın ünvanı göstərilmədiyindən geri qaytarılmalıdır. Belə ki, X1 ünvanladığı şikayət ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş 11 noyabr 2025-ci il tarixli, EQ 32097518 elektron inzibati tənbəh vermə haqqında qərarından şikayət vermişdir. Lakin, iş materiallarına şikayət vermiş X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərarın nə vaxt alınmasını təsdiq edən sənəd əlavə edilmədiyindən, sözügedən qərarın ona nə vaxt çatdırılmasını müəyyən etmək mümkün olmur. Buna baxmayaraq, şikayət vermiş şəxs X2 inzibati tənbeh vermə haqqında qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmiş, müddətin bərpası barədə ərizə təqdim etmədən, həmçinin hansı orqanın qərarından şikayət verməsi barədə qeydlər aparmadan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, EQ 32097518 saylı elektron inzibati tənbəh vermə haqqında qərarından verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, EQ 32097518 saylı elektron inzibati tənbəh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar