Məhkəmə qərarları › İş №3(020)-111/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-111/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-111/2025 07.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, işsiz, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Şəxs üç uşağın saxlanması üçün 540 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs üç uşağın saxlanması üçün 540 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülmüş, icra sənədi üzrə alimenti tam olaraq ödəməmiş, nəticədə 940 manat aliment borcu yaranmışdır. Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmişdir, həmçinin çağırışlara gəlməmişdir. Onun barəsində axtarış elan edilmiş, polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Hazırda da borcunu ödəmək fikri yoxdur. Tələbkar şikayətçidir və borcun tamödənilməsini tələb edir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən ondan üç uşağın saxlanması üçün 540 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İcra sənədi üzrə alimenti vaxtında ödəmiş lakin son aylarda “Cop 29” tədbiri ilə bağlı işləmədiyindən icra sənədi üzrə alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 940 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, icra sənədi üzrə aliment borcunu hazırda tam olaraq ödəyə bilmir. Ona vaxt verilərsə icra sənədi üzrə 940 manat borcunu tezliklə tam olaraq ödəyəcəkdir. Hazırda borcundan 200 manat ödəyə bilər, çünki fəhlə işləyir, qazancı yüksək deyildir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən tələbkar X4 bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs üç uşağın saxlanması üçün 540 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Borclu Şəxs alimenti ona tam ödəmir, hər ay az-az ödəməklə borclu qalır. Hazırda da 940 manat aliment borcu qalmışdır. Həmin borcun tam şəkildə ödənilməsini tələb edir. Əks təqdirdə Şəxs ciddi cəza verilməsini xahiş etmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs üç uşağın saxlanması üçün 540 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:25-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar