Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1126/2025 12.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, atası X3 məxsus “X11 113” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı, avtomobili etibarnamə əsasında idarə edir. həmin avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Sürücülük vəsiqəsində cərimə balı 17 olduğuna görə xx.xx.2025-ci il tarixdə atası sözügedən avtomobili idarə edərək Sumqayıt şəhərinə sərnişin aparmışdır. Həmin gün atası saat 18:23 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti ilə hərəkət edən zaman işıqforun qırmızı işığından keçmişdir. Buna görə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Mərkəzi İnformasiya Xidmətinin xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli elektron qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən ona 100 manat cərimə və sürücülük vəsiqəsinə 3 cərimə balı yazılmışdır. O, isə həmin vaxt, yəni xx.xx.2025-ci il tarixdə sözügedən avtomobili idarə etməmiş və heç bir qayda pozuntusu törətməmişdir. Onun cərimə balı 20 bal olduğundan sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. “SMS” radar və “AsanPay” vasitəsi ilə törədilən inzibati xətanın foto və videogörüntüsünə baxış keçirən zaman avtomobilin arxa hissədən çəkilən foto və videosu sistemə yerləşdirildiyindən avtomobilin kim tərəfindən idarə edilməsini görmək mümkün deyildir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Mərkəzi İnformasiya Xidmətinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, həm atası, həmdə özü növbəli idar edir, həmin gün də avtomobili atası idarə etmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Mərkəzi İnformasiya Xidmətinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X8 barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli, AZE № 055488 nömrəli “X2 Şəhadətnaməsi”ndən görünür ki, “X11 113” minik markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X1 mülkiyyətindədir. Beyləqan rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 3193 nömrəli etibarnaməsindən görünür ki, X5 mülkiyyətində olan “X11 113” minik markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarə edilməsi üçün X6 etibarnamə vermişdir. Etibarnamənin son etibarlılıq tarixi xx.xx.2035-ci ilə qədərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3- cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. Ona görə də şikayət qismən təmin edilməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati xəta haqqında iş üzrə X4 hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydasını pozduğu qeyd edilmiş və qayda pozuntusunun video və foto görüntülərinə baxış keçirilən zaman məlum olması göstərilmişdir. Halbuki barəsində qərar qəbul edilmiş şəxsin iştirakı təmin edilərək video-görüntü ona göstərilməmişdir. Bu isə göstərilən qərarın formal olaraq qəbul edildiyi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda X4 elektron kabinetinə əlavə edilmiş foto-şəkillərə məhkəmə iclası zamanı baxış keçirilsə də, həmin şəkillər vasitəsi ilə X4 inzibati xəta hadisəsi baş verən zaman avtomobili idarə edib-etməməsi qənaətinə gəlinməsi mümkün deyildir. Belə olan halda, məhkəmə X4 təqsirinin tam sübuta yetirilmədiyi qənaətinə gəlir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında iş üzrə icraat materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanı X4 törətməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, həmçinin “Azdoc” vasitəsi ilə rəsmi bildiriş və sorğu da göndərilmişdir. Lakin buna baxmayaraq, səlahiyyətli orqan qanunverici tərəfindən üzərinə qoyulmuş vəzifəni yerinə yetirməyərək, inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilməsi istiqamətində heç bir səy göstərməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, qərarda baxış keçirildiyi göstərilən video-görüntülərlə şikayətçi tanış edilməli, həmçinin şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32452654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1126/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1126/2025
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver