Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-1127/2025 18.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BYPİ-nin X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32097518 nömrəli protokoldan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, Müəyyən etdim: Məhkəmənin icraatına X1 xx.xx.2025-ci il tarixli, EQ 32097518 nömrəli protokoldan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən protokoldan şikayət verildiyindən və İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi nəzərdə tutulmadığından geri qaytarılmalıdır. Belə ki, X3 məhkəməyə ünvanlandığı şikayətdə onun barəsində protokolu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BYPİ-nin X2 tərtib etdiyini göstərərək, ərizəsində həmin protokolun əsassız olduğunu göstərmiş, ərizəsinin sonunda isə protokol əsassız olduğundan protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BYPİ-nin X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32097518 nömrəli protokoldan şikayət etdiyindən, İnzibati Xətalar Məcəlləsində isə protokoldan deyil, qəbul edilmiş qərardan şikayətin verilməsi nəzərdə tutulduğundan onun şikayəti baxılmadan geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BYPİ-nin X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32097518 nömrəli protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1127/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-1127/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver