Məhkəmə qərarları › İş №3(020)-1130/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1130/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1130/2025 22.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu, orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli MN № ******* saylı Protokol daxil olmuşdur. Həmin protokolda qeyd edilir ki, borclu Hüseynli X2 Rayon Məhkəməsinin 2(020)- 941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədində göstərilən alimenti ödəməmiş və icra məmurunun qanuni tələblərini icra etməmişdir. Nəticədə icra sənədi üzrə 9000 manat aliment borcu yaranmışdır. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən 11 okyabr 2021-ci il tarixdən başalayaraq Şəxs hər ay sabit pul məbləğində 150 manat tutularaq 20 aprel 2016-cı ildə anadan olan Milay və 08 fevral 2020-ci ildə anadan olan Alisa adlı uşaqların yetkinlik yaşına çatana kimi, 08 fevral 2020-ci ildə anadan olan Alisanın 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat baxım pulu alınıb X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2021ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Qanuni icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə alimenti heç vaxt vaxtında ödəməmiş, barəsində bir neçə dəfə inzibati protokol tərtib edərək məhkəməyə vermiş, məhkəmənin müxtəlif tarixli qərarları ilə inzibati qaydada həbs edilmişdir. Görülmüş icra tədbirləri heç bir nəticə verməmiş və borclu Şəxs icra sənədi üzrə aliment borcunu ödəmədiyindən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 306-cı maddəsi ilə təqsirli bilinrərək 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra borclu Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu ödəməsi üçün xəbərdarlıq göndərilmiş və icra sənədi üzrə borcundan 500 manat ödəniş etmişdir. Bundan sonra qanuni icra tədbirləri görməsinə baxmayaraq Şəxs icra sənədi üzrə alimenti və yaranmış qalıq aliment borcundan heç bir ödəniş etməmiş və onun çağırışlarına gəlməmişdir. Hazırda icra sənədi 9000 manat aliment borcu yaranmışdır. Çağırışılarına gəlmədiyinə görə Şəxs barəsində axtarış qərarı qəbul edərək icrası üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. İcra şöbəsində izahat verən Şəxs icra sənədi üzrə yaranmış aliment borcundan 200 manat ödəyə biləcəyini bildirmişdir. Tələbkar şikayətçidir və borcun tam ödənilməsini tələb edir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən 11 okyabr 2021-ci il tarixdən başalayaraq ondan hər ay sabit pul məbləğində 150 manat tutularaq 20 aprel 2016-cı ildə anadan olan Milay və 08 fevral 2020-ci ildə anadan olan Alisa adlı uşaqların yetkinlik yaşına çatana kimi, 08 fevral 2020-ci ildə anadan olan Alisanın 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat baxım pulu alınıb X1 verilməsi qət edilmişdir. O, əvvəllər icra sənədi üzrə alimenti tam olmasada hissə-hissə ödəmiş, lakin sonradan maddi imkanı olmadığından icra sənədi üzrə aliment borcunu ödəyə bilməmişdir. Aliment borcunu ödəyə bilmədiyinə görə müxtəlif vaxtlarda inzibati qaydada həbs edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hökmü ilə 8 ay 28 gün müddətə azdlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra icra məmuru tərəfindən onun ünvanına xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqdan sonra aliment borcundan 500 manat ödəniş etmiş, icra məmuru isə ondan icra sənədi üzrə yaranmış aliment borcunun tam ödənilməsini tələb etmişdir. O, təzəlikcə Füzuli rayonunda işə düzəlmişdir. Ona vaxt verilərsə yaranmış aliment borcunu hissə-hissə ödəyəckdir. Hazırda icra sənədi üzrə aliment borcundan 200 manat ödəməyə maddi imkanı çatır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, 11 okyabr 2021-ci il tarixdən başalayaraq Şəxs hər ay sabit pul məbləğində 150 manat tutularaq 20 aprel 2016-cı ildə anadan olan Milay və 08 fevral 2020-ci ildə anadan olan Alisa adlı uşaqların yetkinlik yaşına çatana kimi, 08 fevral 2020-ci ildə anadan olan Alisanın 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat baxım pulu alınıb X1 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən və xəbərdarlıqların surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Hüseynli X2 Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və Şəxs borcun ödənilməməsinin səbəbi rəsmi iş yerinin və maddi imkanının olmaması ilə əlaqələndirməsi barədə izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi, Hüseynli X2 Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini, hazırda da aliment borclarını ödəməməsini, tələbkarın şikayətçi olmasını, beləliklə tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar