Məhkəmə qərarları › İş №3(020)-1132/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1132/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1132/2025 29.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,işsiz, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 10 sentyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə toplanmış material üzrə Şəxs barəsində İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Beyləqan Rayon PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Beyləqan Rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən MN seriyalı ******* nömrəli, 22 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən kafedə verdikləri hesabın ödənilməsi üçün öz aralarında mərc edərək qumar oyununda iştirak etmiş və qumar oynamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə inzibati orqnın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu Dunyamalılar kəndinin çıxışında yerləşən həmkəndlisi İslama məxsus kafeyə saat 22 radələrındə tək getmiş, həmin vaxt o, kafedə oturmuş və bundan təxminən 1 saat sonra Mırac və Etibar adlı həmkəndliləri də həmin kafeyə gəlmişlər və o, da onların oturduğu stola keçmişdir ki, onlarla birlikdə otursun. Bu zaman onlar pivə içmişlər və məzələr yemişlər. Onlar həmin kafedə işləyən Pərvizdən domino gətirməsini istəmişlər. Bundan sonra onlar birlikdə domino oynamağa başlamışlar. Stolda həmin vaxt Mırac və Etibar da olmuşlar. Gecə saat 03 radələrində umumı hesabı kafenin işçisi olan Pərvizdən soruşmuşlar və Pərviz hesabın 11 etdiyini onlara bildirmişdir. Hesabın 10 manatını Etibar stolun üstünə qoymuşdur. Bu zaman polis əməkdaşları kafeyə daxil olmuş və onlara yaxınlaşaraq stolun üstündə olan pulu götürmüşlər. Onlar polis əməkdaşlarına stolun üzərində olan pulun içdikləri pivənin pulu olduğunu bildirsələrdə polis əməkdaşları onları rayon PŞ-nə gətirmişlər. Onlar həmin vaxt puldan qumar oynamamışlar. Lakin hesabın uduzan şəxs tərəfindən ödənilməsi üçün mərcə girmişlər. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı X5 məhkəmə iclasında şahid qismində ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə, gecə saat 03 radələrində Beyləqan Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Anar Qurbanov ilə birlikdə rayonun Dünyamalılar kəndinin çıxışında yerləşən X4 işlətdiyi kafeyə daxil olan zaman kafedə əyləşən bir qrup şəxsin domino oynadığını görmüşlər. Bu zaman həmin stola yaxınlaşan zaman stolun üstündə 10 manat pulun olduğunu görərək həmin şəxslərin qumar oynadığına həmin şəxsləri rayon PŞ-nə gətirərək raportla rəhbərliyə məruzə etmişlər. Aparılan araşdırma zamanı həmin şəxslərdən birinin Şəxs olduğu aşkar edilmişdir. Beyləqan Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X1 Rayon PŞnin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı X5 ilə eyni məzmunda ifadə verərək E.Məmmədzadənin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahid ifadələrini dinlədikdən sonra iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən kafedə verdikləri hesabın ödənilməsi üçün öz aralarında mərc edərək qumar oyununda iştirak etmiş və qumar oynamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Beyləqan Rayon PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən edilmişdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə qumar oyununda iştirak etmiş və qumar oynamışdır. Hazırda isə inzibati material üzrə üzrə məhkəməyə MN ******* nömrəli, 22 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edilməsindən 3 aydan çox müddət keçmişdir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edilməsində 3 aydan çox müddət keçmişdir. müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38,53, 114, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar