Məhkəmə qərarları › İş №3(020)-1136/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1136/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1136/2025 25.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,işsiz, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla, Beyləqan şəhəri SMD-4 qəsəbəsində nömrəsiz evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 oktyabr 2025-ci il tarixdə muayinə edilən zaman narkotik vasitə olan qurudulmuş marixuananı (THC+) qanunsuz olaraq istehlak etməsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş etmiş Beyləqan rayon PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası DİN Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən ********* nömrəli cinayət işinin materiallarından Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü ayrıca icrata ayrılmış material Beyləqan rayon PŞ-nə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini göstərdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, 4 ilə yaxın müddətdir ki, narkotik vasitə və qurudulmuş marixuanna istifadə edir. O, X1 ilə 2 il bundan əvvəl tanış olmuş, bir müddət tanıdıqdan sonra İmaməddin Mahmudlu onun narkotik vasitələrdən istifadə etdiyi bilmişdir. Bundan sonra onlar mütəmadi olaraq birlikdə narkotik vasitə olan marixuana qəbul etməyə başlamışlar. İmaməddin Mahmudlu hər dəfə ona nəvaxt narkotik vasitə olan marixuanna lazm olarsa təşkil edəcəyini bildirmiş və onunla münasibətləri hər zaman yaxşı olmuşdur. X5 narkotik vasitələrin satışı ilə əlaqədar tutulduqdan sonra Azərbaycan Respublikası DİN Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş və onun ifadəsi alınan zaman ondan narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda bəzi hallarda narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra ondan götürülmüş sidik nümunəsində narkotik tərkibli maddə marixuana aşkar edilmişdir. Əməlindən peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İXM-in 206-cı maddəsi ilə Şəxs barəsində araşdırılma aparılması qərarı Beyləqan rayon PŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 6232 nömrəli ambulator-məcburi narkoloji-tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC+) marixuana aşkar edilmişdir. Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui - istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs özünü tam təqsirli bilərək törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi və törətdiyi əməli səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Bundan başqa X2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs oğluna narkomaniyadan məcburi mualicə təyin edilsin, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar