Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-115/2024 07.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Ləzimov Sulduz Paşa oğlunun sədrliyi Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Laçın rayonu, Şəlvə kəndində anadan olmuş, subay,orta təhsilli, işsiz, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, ssat 16:30 radələrində Beyləqan rayon polis şöbəsinin qapı postunun girişində ünvansız nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xəta əməlini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdivə izahat verərək göstərdi ki, 05 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində yaşadıöı Beyləqan rayon Şərq qəsəbəsində ərazisində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və Beyləqan rayon Şərq qəsəbəsində baş vermiş oğurluq hadisəsi ilə əlaqədər onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Beyləqan rayon polis şöbəsinə getməyə razı olmuş və rayon polis şöbəsinin bir nömrəli qapı postundan icəri daxil olarkən polis əməkdaşları onun qolundan tutmaq istəmiş, polis əməkdaşlarına qolundan tutmalarına etiraz etmiş və bu səblə də polis əmıəkdaşları ilə aralarında mübahisə yaranmışdır. Mubahisə zamanı əsəbləşdiyindən qapı postunda ünvansız nəlayiq ifadələr işlətmişdir.Polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin həmin vaxt aqressivlik göstərərək öz hərəkətlərinə davam etdirmişdir. Hazırda hərəkətlərinə peşmandı. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili polis kapitanı X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrinə Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Cahid İsmayılzadə ilə birlikdə Beyləqan rayon Şərq qəsəbə sakini X2 1 baş xırdabuynuzlu heyvanının oğurlanması ilə bağlı Laçın rayon sakini, hazırda Beyləqan rayon Şərq qəsəbəsində yaşayan Şəxs Beyləqan RPŞ-yə gətirən zaman həmin şəxs Beyləqan rayon PŞ-nin qapı postundan içəri daxil olacağını görüb ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət edərək nəlayiq ifadələr işlətməməsini bildirmişlər. Lakin Şəxs öz hərəkətlərinə davam etmiş, sakitləşmək istəməmiş, ictimai qaydanı pozaraq orada olan şəxslərin narahatçılığına səbəb olmuş və şöbənin iş fəaliyyətini pozmuşdur. Ona görə də Şəxs sakitləşdirib Beyləqan rayon PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Sonra onun hərəkətləri barədə rayon PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X1 rayon PŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili polis kapitanı X6 ilə eyni məzmunda izahat verərək Ə.Cəfərlinin izahatında gösterdiyi xüsusatların doğruluğunu təsdiq etdi. işə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radəlerində Beyləqan Rayon Polis şöbəsinin qapı postunun girişində ünvansız nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs 05 fevral 2024-cü il tarixdə Beyləqan rayon PŞ-nin inzibati binasında PŞ-nə gətirilməsinə etiraz olaraq ucadan nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Onun hərəkətləri iş materialları ilə yanaşı özünün və şahidlərin izahatları ilə təsdiq edilmişdir. Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən səməmi peşmançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq aşağı həddə həbs növündə inzibati tənbeh in tətbiq edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarında olan inzibati protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Ona götrə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 111, 112, 114, 115 və 117, 128- 130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 fevral 2024-cü il tarixdən, saat 18:50-də hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Beyləqan Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(020)-115/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-115/2024
07.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver