Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-118/2025 13.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, X2, İnzibati xəta haqqında qərarı qəbul etmiş Beyləqan rayon X20 X23 polis baş leytenantı X13 iştirakları ilə, X3 tərəfindən Beyləqan rayon X20 X23 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon X20 X23 polis baş leytenantı X21 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən qəbul olunmuş xx.xx.2024cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon X20 X23 döş nişan nömrəsi 2351 və 2353 olan YPX əməkdaşlarının barəsində ciddi tədbir görülməsi barədən qərar qəbul edilərək, aidiyyəti üzrə tədbir görülməsinə göstəriş verilməsini və döş nişan nömrəsi 2351 olan Yusif adlı YPX əməkdaşının ondan rüşvət qismində aldığı 400 manatın və telefonun arxasından (kabrosundan) oğurlanan 200 manatın ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 dekabr 2024-cü il tarixdə Ağcabədi-Kəbirli- Beyləqan yolunun 30-cu kilometrliyində, yəni Beyləqan şəhəri RTS qəsəbəsi ərazisində idarə etdiyi «Mercedes Benz 220 CDİ» minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsəbə ərazisindəki marketin qarşısında saxlayaraq su almaq üçün marketə düşmüşdür. Marketdən çıxan zaman avtomobilinin yanında 2 nəfər YPX əməkdaşının dayandığını görərək, həmin şəxslərə yaxınlaşarkən döş nişanı nömrəsi 2351 və 2353 olan YPX əməkdaşları ona sərxoş olduğunu bildirib, onlarla birlikdə rayon PŞ-nə getməli olduğunu bildirdilər. O, polis əməkdaşlarına sərxoş olmadığını şifahi olaraq bildirsə də, polis əməkdaşları ona məhəl qoymayaraq onu məcburi şəkildə PPXB-nin xidməti avtomobilinə mindirərək rayon PŞ-nə aparmışlar. Polis şöbəsinə aparılan zaman döş nişan nömrəsi 2353 olan YPX əməkdaşı Davud adlı inspektor ona məxsus olan mobil telefonu cibindən götürmüşdür. PŞ-də olan zaman YPX əməkdaşları onun sərxoşluğunu müəyyən etmək məqsədi ilə alkotesterə üfləməyi ona bildirdilər. O, isə polis əməkdaşları ilə razılaşmayaraq sərxoşluq müayinəsi üçün həkim müayinəsindən keçmək istədiyini bildirmişdir. Bundan sonra YPX əməkdaşları onu Beyləqan Rayon Mərkəzi X6 şöbəsinə xəstəxananın həkim-narkoloqu Fazil Azadovun yanına apararaq onun sərxoş olubolmadığını yoxlamaq üçün ondan analiz götürdülər. Fazil Azadov ondan analiz götürərək, 01,20 promil, yəni tələb olunan dərəcədə sərxoş olmadığını polis əməkdaşlarına bildirərək,qeydiyyat kitabında bununla bağlı öz qeydlərini aparmasına baxmayaraq polis əməkdaşları onun sərxoş olduğunu israrla bildirdilər. O, polis əməkdaşlarına öz etirazını bildirməsinə baxmayaraq, onun etirazına heç bir məhəl qoyulmadı. Həmçinin həmin sərxoşluq müayinəsinin rəyini tələb etməsinə baxmayaraq həkim və polis əməkdaşları tərəfindən ona verilməmişdir. Hətta bu günə kimi ona həmin rəyin surəti verilməyib. xx.xx.2024-cü il tarixdə analiz verdikdən sonra polis şöbəsinə gəlmiş və polis şöbəsində döş nişanı nömrəsi 2351 olan Yusif adlı YPX əməkdaşı ondan 400 manat rüşvət alaraq ona avtomobilini götürüb getməyini bildirmiş, o avtomobili minən zaman mobil telefonunun arxa qabında(kabrosunda) olan 200 manatın yerində olmadığını görmüş və bu barədə YPX inspektoruna bildirdikdə YPX inspektoru telefonun kabrosunda heç bir pul olmadığını bildirdi. Evinə getdikdən sonra səhərisi gün, yəni xx.xx.2024-cü il tarixdə yuxudan oyanarkən YPX əməkdaşları onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etdikləri barədə ona SMS bildiriş gəldiyini görmüşdür. Bundan sonra polisin qanunsuzluqları barədə DİN-in 102 xidmətinə, polis şöbəsinin rəisinə və Beyləqan rayon prokuroruna şikayət ünvanlamışdır. Daha sonra isə barəsində xx.xx.2024cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilərək, 400(dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və qərar qəbul edilən zaman onun iştirakı təmin olunmamış, hüquq və vəzifələri ona izah olunmamış, onun həmin protokola hər hansı bir etirazının və ya öz mülahizələrinin olub-olmadığı öyrənilmədən barəsində İXM-nin tələblərinə riayət edilmədən qərar qəbul edilib. İş materiallarına əlavə etdiyi poçt şöbəsinin zərfindən də görünür ki, barəsində xx.xx.2024-cü il tarixdə çıxarılan qərarın qəbul edilməsi zamanı ona göndərilən çağırış bildirişi xx.xx.2025-ci il tarixdə ona verilmişdir. Şikayəti il bağlı istifadəsində olan mobil telefonun SMS bölməsinə(***-***-**-** saylı mobil nömrədən Daxili İşlər Nazirliyindədir, zəhmət olmazsa əlaqə saxlayın xx.xx.2025-ci il tarixdə saat 11:04-də mesaj gəldi) və bundan bir qədər sonra Beyləqan rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Taleh Hüseynov tərəfindən ona zəng olunaraq, PŞ-nə getməli olduğunu bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Beyləqan rayon PŞ-nə getmişdir. Özlərini DİN-in baş ictimai təhlükəsizlik bölməsinin əməkdaşı kimi təqdim edən polkovnik rütbəli Elvin Bədəlov və baş leytenan rütbəli adını bilmədiyi bir nəfər polis əməkdaşı 16 yanvar 2025-ci il tarixdə polis şöbəsinin inzibati binasında ondan izahat götürdülər. Ondan izahat götürən həmin şəxslər də, qanunsuz olaraq onu təhdid edərək hədələdilər və öz həmkarlarının qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışdılar. Lakin onlar ona heç bir təzyiq göstərə bilmədiklərini görüb təxminən 4-5 saat onu polis şöbəsinin otaqlarının qarşısında gözlətmişlər. 16 yanvar 2025-ci il tarixdə polis şöbəsinin inzibati binasına izahat vermək üçün girən zaman özünə məxsus mobil telefonun PŞ-nin 1 nömrəli qapı postuna təhvil vermişdir. İzahat verib PŞ-dən çıxan zaman telefonunu götürərkən telefonuna gələn SMS-dən sonra ona məlum olmuşdur ki, o, izahat verən şəxsiyyəti və kimliyi ona məlum olmayan şəxs tərəfindən ona yazılan 400 manat cərimə xx.xx.2025-ci il tarixdə saat 16:10- da ödənilmişdir. Bunu sübut edən «ASAN pay» sistemindən çıxarışı da şikayətə əlavə etmişdir. O, bu barədə DİN-in 102 xidmətinə öz şikayətini bildirmişdir. Bütün bu göstərilənlərə əsasən bildirir ki, o, barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla razı deyildir. Qərar qanunsuz və əsassızdır. Ona görə də Beyləqan rayon PŞ-nin. DYPB-nin polis baş leytenantı X21 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında qərarı qəbul etmiş Beyləqan rayon Polis Şöbəsinin polis baş leytenantı X21 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, məhkəməyə də təqdim etdikləri video görüntüdən və sənədlərdən görünür ki, şikayətçi tərəfindən sərxoş halda nəqliyyat vasitəsi idarə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin X23 yol patrul xidmətinin inspektoru X8 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o, Beyləqan şəhəri ərazisində xidmətdə olan zaman «Mercedes-E 220» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dönmə işıqlarından istifadə etmədən mağazaya döndüyünü görmüş və ona görə həmin avtomobili saxlamağı sürücüyə bildirdikdə, o, dərhal avtomobilini saxlayaraq marketə girmişdir. X25 marketdən çıxdıqdan sonra ona yaxınlaşıb, özünü təqdim etmiş və spirt qoxusu gəldiyinə görə alkotestr müayinəsində keçməsini ondan xahiş etmişlər, lakin o, imtina etmişdir. Ona görə də onu həkim müayinəsindən keçmək üçün üçün dəvət etmiş, lakin Xəyal onlarla getmək istəmişdir. Daha sonra həmin vaxt ərazidə xidmətdə olan polis əməkdaşlarının köməkliyi ilə ona heç bir təzyiq göstərmədən xəstəxanaya aparmışlar. Müayinə olunan zaman onun sərxoş olduğu müəyyən edilmiş və barəsində AR İXM-nin 329.3 və 333.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onu da qeyd edir ki, həmin vaxt avtomobildə Xəyal Xudiyevin tanışı Daşqın Süleymanov da olmuşdur. Polis Şöbəsində olan zaman Daşqın Süleymanov ona 400 manat pul verməyi təklif etsə də, o, imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Mərkəzi xəstəxanasının həkim narkoloqu X9 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Xəyal Xudiyev sərxoşluğun müayinə edilməsi üçün onun yanına gətirilmiş və həmin şəxsin sonradan onlara problem yaradacığını görüb, polis əməkdaşlarından onun sərxoşluğunun müayinəsi zamanı video çəkməsini bildirmişdir. Onun tərəfindən sərxoşluğun müayinəsi zamanı Xəyal Xudiyevin orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Xəyal Xudiyev sərxoş olmadığını qeyd etmiş olsa da videodan da göründüyü ki, sərxoşluğu müayinə zamanı cihazda səs siqnalı çalmağa başlayır. Bu isə sərxoşluq müəyyən edilən zaman olur. Sərxoşluğun müayinəsi protokolu onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. O, təsdiq edir ki, Xəyal Xudiyev orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Xəyal Xudiyev onun dostudur və onların yaxın münasibətləri var. xx.xx.2024-cü il tarixdə o, Xəyal Xudiyevlə birlikdə kafedə olmuş və orada pivə içmişlər. Kafedən qayıdan zaman o, Xəyalın idarə etdiyi avtomobildə olmuş və polis əməkdaşları onları saxlamışdır. Daha sonra polis əməkdaşları Xəyalı tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparmışlar. Polis Şöbəsində olan zaman Xəyal tərəfindən ona verilən 400 manatı polis əməkdaşlarına vermək istəmiş, onlar isə həmin pulu qəbul etməkdən imtina etmişdir. O, həmin pulu özündə saxlamış və bir müddət sonra Xəyala yazılmış cəriməni ödəmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP6774658 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində «Mercedes Benz 220 CDİ» minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokoldan görünür ki, X1 müayinəsi üçün göndərilmiş və həmin protokol X14 tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolundan görünür ki, X10 orta dərəcəli alkoqol sərxoşluğu (1,208 promil) müəyyən edilmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu X9 tərəfindən məhkəməyə təqdim edilmiş qeyd dəftərində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə X14 tibbi müayinədən keçirilmiş və 1,208 promil sərxoşluğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 tərəfindən İXM-in 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 400 manat inzibati cərimə olunmuşdur. SMS bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli qərar üzrə 400 manat məbləğində cərimə xx.xx.2025-ci il tarixdə ödənilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək, xx.xx.2024cü il tarixdə Beyləqan rayon X20 yol patrul xidmətinin Yusif adlı polis əməkdaşının ondan 400 manat məbləğində pul aldığını və X28 xidmətinin Yusif və Davud adlı polis əməkdaşlarının ona xəsarət yetirdiklərini bildirmiş və həmin müraciət üzrə tərəfindən araşdırma aparılmış və Beyləqan rayon X20 Yol Patrul xidmətinin inspektorları X12 və X4 əməllərində cinayət tərkibi əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 96.6-cı maddəsinə əsasən Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Beləliklə, məhkəmə iclasında X7 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər və eləcə də şikayəti qəbul etmiş inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş materiallar ilə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X14 xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində Beyləqan şəhəri ərazsində «Mercedes Benz 220 CDİ» minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 120-ci maddəsinə görə bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X11 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 329.3 və 333.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə məhkəmə hesab edir ki, X7 Beyləqan rayon X20 X23 xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 tərəfindən Beyləqan rayon X20 X23 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-118/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-118/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver