Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-12/2025 06.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Beyləqan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan şəhəri, 20 yanvar küçəsi, ev 95-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı, 333.1-ci, 333-1.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 206-cı, 333.1-ci, 333-1.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:40-da sərxoş vəziyyətdə Beyləqan şəhəri, E.Əliyev küçəsində səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və narkotik vasitədən istifadə edərək avtomobil idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünün qismən təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, sürücülük hüququ olmaqla dostuna məxsus **-BU-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” minik markalı avtomobili idarə edərək Beyləqan rayonu, E.Əliyev küçəsində hərəkətdə olan zaman ərazidə xidmətdə olan YPX əməkdaşları ona saxla işarəsi vermiş və saxla işarəsində sonra idarə etdiyi avtomobili saxlamışdır. Polis əməkdaşları tərəfindən onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi aşkar olunmuş və onu rayon PŞ-nə dəvət etmişlər, o, əvvəl getmək istəməmiş, yerində cərimə ödəməsi barədə yol polis əməkdaşlarına bildirmişdir. Lakin onunla razılaşmamış, və onu rayon PŞnə aparmışlar. Rayon PŞ-nə aparıldıqdan sonra onun sərxoşluğunu muayinə etmişlər, həmçinin sidikdən analiz götürmüşlər. O, narkotik vasitə qəbul etmir. Lakin təxminən 15 gün bundan əvvəl məclisdə olmuş, ola bilər həmin vaxt qəbul etmişdir. Ona görə də muayinə zamanı onun sərxoş olması və narkotik vasitələrin istifadə etməsi müəyyən olunmuşdur. O, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Hazırda hərəkətlərindən peşmandır. Bir daha belə hərəkərlərə yol vermiyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş serjantı X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:40 radələrində Beyləqan şəhəri, magistral küçəsində “hyundai Tucson” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Beyləqan RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis kapitanı Əvəz Ağayev və Beyləqan RPŞ-nin DYPB-nin YPX inspektoru Yusif İbrahimli ilə birlikdə xidmətdə olarkən “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin fara işıqları yanmadan və dönmə işqılarından istifadə etmədən rayonun M.Ə.Rəsulzadə küçəsinə döndüyünü görüb saxla işarəsi vermişlər. Buna baxmayaraq həmin avtomobil sonradan şəxsiyyəti onlara məlum olmuş Şəxs avtomobili idarə edərək rayonun E.Əliyev küçəsində saxlamışdır. Şəxs kəskin spirtli içki qoxusu gəldiyindən onu avtomobilin idarəçiliyindən kənarlaşdırıb avtomobili duracağa gətirmək istəyərkən Şəxs onların qanuni tələbinə tabe olmamışdır. Şəxs dəfələrlə nizam-intizama dəvət etsələrdə Şəxs onlara tabesizlik göstərməyə davam etdiyindən oaraya PPXB-nin əməkdaşlarını dəvət etmişlər. Həmçinin həmin vaxt şəxsiyyəti onlara sonradan məlum olan sərnişin Mirpaşa Əliyevdə onların xidmətinə maneiçilik göstərmişdir. Sürücü Şəxs tərəflərindən rayon PŞ-nə gətirilmişdir. Avtomobilə isə videoçəkilişlə baxış keçirilərək evakuator vasitəsi ilə rayon PŞ-nin duracağına yerləşdirilmişdir. Bundan sonra Şəxs sərxoş olmasını müəyyən etmək üçün tibbi muayinədən keçirilmiş və muayinənin nəticəsində Şəxs sərxoş olması ilə yanaşı narkotik vasitələrdən istifadə etməsi halı da müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid Beyləqan RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X1 RPŞ-nin DYPB-nin YPX baş inspektoru polis baş serjantı X5 ilə eyni məzmunda ifadə verərək Davud Abbaszadənin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahid ifadələrini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsi tərəfindən İXM-in 333.1-ci, 333-1.1-ci və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş və şöbə rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə avtomobil idarə edərkən sərxoş vəziyyətdə olduğundan avtomobilin polis əməkdaşları tərəfindən duracağa yerləşdirilməsinə maneçilik törətmiş, həmçinin polisin qanuni tələbinə qəsdən tabesilzik etmiş, bundan əlavə yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi faktı aşkar edilmişdir. Ona görə də, Şəxs polis şöbəsinə gətirilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 03 yanvar 2025-ci il tarixli, 007 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzi (Gəncə şəhəri üzrə) tərəfindən İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli rəydən görünür ki, X2 götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC) marixuana aşkar edilmişdir. “AZA seriyalı 022052 №-li” İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:15-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 333.1-ci, 333-1.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi Şəxs etirafı, şahidlərin ifadəsi ilə yanaşı iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs əməlində həmin maddənin tərkibi olduğu halda, yəni onun nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə İXM-nin 333-1.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunduğu halda yenidən eyni hərəkətə görə İXM-nin 206-cı maddəsi ilə cəlb edilməsi əsassızdır. Ona görə də həmin maddə ilə iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan sürücülük hüququnun məhdudlaşdırılması və İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Şəxs avtomobili həm alkoqoldan sitifadə etməklə, həmdə narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə əlavə cəza da təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından qərara aldım: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin əlamətləri olmadığına görə həmin maddə ilə iş üzrə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci, 333-1.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 8 (səkkiz) ay müddətinə məqdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 22:15-dən hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-12/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-12/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver