Məhkəmə qərarları › İş №3(020)-121/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-121/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-121/2025 10.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, H.Hacıyev küçəsi ev 78-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 10 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-954/2020 saylı icra sənədinə əsasən Şəxs 200 manat sabit pul məbləğində aliment alınaraq, R.Mikayılzadəyə verilməlidir. Şəxs tələbi təmin etmir, icra məmurunun qanuni tələbinə tabe olmur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Mikayıl-zadə Ruhanə Sabir qızına verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi Beyləqan rayon İcra və probasiya şöbəsinə daxil olmuş və xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Hazırki dövrə borclunun icra sənədi üzrə 4435 manat məbləğində ödənilməmiş aliment borcu var. Beyləqan Rayon Məhkəməsinin 3(020)-416/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X3 İXM-in 528.1-1ci maddəsi ilə təqsirli bilinərk, 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, X3 borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, X2 inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Mikayıl-zadə Ruhanə Sabir qızına verilməsi qət edilmişdir. İcra sənədi üzrə alimentdən maddi imkanı çatdığı qədər ödənişlər etmiş, lakin alimenti hər ay tam olaraq ödəyə bilmədiyi üçün 4435 manat aliment borcu yaranmışdır. Buna baxmayaraq o, hər ay alimenti mütəmədi olaraq ödəyir. İcra sənədinin icrasından yayınmır. Mobil telefon nömrəsini dəyişdiyindən ona zəng çatmadığına görə icra məmurunun çağırışından xəbərdar olmamışdır. İcra məmurunun çağırışlarına hər dəfə vaxtında gəlmişdir. Bu səbəbdən də, qeyd edilənlərin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Mikayıl-zadə Ruhanə Sabir qızına verilməsi qət edilmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 3(020)-416/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə müəyyən edilmiş aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Şəxs barəsində axtarış elan edilmişdir. İcra işindən görünür ki, Şəxs tələbin yönəldilə biləcəyi əmlak, əmək müqaviləsi, pensiya, təqaüd və sair gəliri barədə məlumat yoxdur. “Mpay” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərin surətindən görünür ki, 2024-cü ilin oktyabr ayında 270 manat, 2024-cü ilin noyabr ayında 100 manat, 2024-cü ilin dekabr ayında 150 manat, 2025-ci ilin yanvar ayında 130 manat, ən son isə 2025-ci ilin fevral ayında 150 manat ödəniş Şəxs tərəfindən tələbkar Mikayıl-zadə Ruhanə Sabir qızının hesabına ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə Beyləqan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətində inzibati qaydada həbs edilmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə isə Beyləqan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh almış Şəxs tərəfindən həmin qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsinə görə AR İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə görə 27 may 2024cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, hal-hazırda icra məmuru tərəfindən yenidən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş olsa da, Şəxs əməlində həmin maddənin tərkib əlamətləri mövcud deyildir, yəni son 1 il ərzində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh almamışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, hər ay davamlı olaraq ödənişlər etmişdir. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə ümumilikdə 150 manat məbləğində ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə olan aliment borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş 10 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş 10 fevral 2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəmə vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar